SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD: «VƏZİYYƏTİMİZ YAXŞIDIR»

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD: «VƏZİYYƏTİMİZ YAXŞIDIR»

Gunaz.tv
ƏHMƏDİNEJAD: «VƏZİYYƏTİMİZ YAXŞIDIR» 2008-12-03 - 12:42:00 İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentinin onun iqtisadi islahatlar layihəsini müzakirəyə çıxaracağına ümidvar olduğunu deyib. «Media forum» saytının məlumatına görə, dekabrın 2-də İran Dövlət Televiziyasında çıxış edən prezident bildirib ki, layihə əsasasən subsidiyalarla bağlıdır. Layihəyə görə, bir çox mallara tətbiq olunan subsidiyalar ləğv edilməli, əvəzində vətəndaşlara nağd pul şəklində subsidiyalar ödənməlidir. M.Əhmədinejad ölkənin Valyuta Ehtiyat Fondunda kifayət qədər vəsait olduğunu vurğulayıb: «Bu baxımdan vəziyyətimiz yaxşıdır. Bizim indi fondda 23 milyard dollara qədər vəsaitimiz var. Bu gün neftin qiyməti sıfıra ensə də, biz ölkəni üç il idarə edə bilərik». Qlobal iqtisadi böhranın İran iqtisadiyyatına ciddi təsir göstərə bilmədiyini deyən prezidentin sözlərinə görə, ölkə buna «rəsmilərinin düzgün siyasəti nəticəsində» nail olub. O qeyd edib ki, əslində dünyadakı bu böhran İranın xeyrinədir. İran parlamentinin sədri Əli Laricani M.Əhmədinejadın iqtisadi islahat layihəsini tənqid etmiş və bildirmişdi ki, bu layihə icra edilsə, ölkədə böyük iqtisadi böhran yarana, vətəndaşların istifadə etdiyi mallarlın və müxtəlif xidmətlərin qiyməti üç-dörd qat arta bilər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar