SON XƏBƏRLƏR

QARABAĞ AZADLIQ TƏŞKİLATI ERMƏNİLƏRİN BAKIYA GƏLMƏSİNƏ ETİRAZ OLARAQ AKSİYAYA BAŞLAYIB

2021.10.20, 07:36
QARABAĞ AZADLIQ TƏŞKİLATI ERMƏNİLƏRİN BAKIYA GƏLMƏSİNƏ ETİRAZ OLARAQ AKSİYAYA BAŞLAYIB

Gunaz.tv
QARABAĞ AZADLIQ TƏŞKİLATI ERMƏNİLƏRİN BAKIYA GƏLMƏSİNƏ ETİRAZ OLARAQ AKSİYAYA BAŞLAYIB 2008-12-04 - 12:53:00 Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin Bakıdakı yubiley konfransına erməni nümayəndələrinin qatılmasına etiraz olaraq aksiyaya başlayıb. Təşkilatın sədri Akif Nağı «Media forum» saytına açıqlamasında bildirib ki, hazırda QAT fəalları bir neçə istiqamətdə toplaşaraq konfransın keçirildiyi «Gülüstan» sarayına doğru hərəkət edirlər. A.Nağının sözlərinə görə, bir neçə istiqamətdə hərəkət edən aksiya iştirakçıları sarayın qarşısında cəmləşməyi planlaşdırırlar: «Hazırda QAT-ın ofisi polis mühasirəsindədir. Əgər burdan çıxa bilsəm, aksiyaya qatılacam». TRASEKA layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin yubiley konfransı dekabrın 3-də başlayıb. Konfrans Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli razılaşmanın 10 illiyi və Avropa Şurasının TRASEKA layihəsi proqramının 15 illik yubileyinə həsr olunub. Konfransda 20-dən artıq ölkənin, o cümlədən TRASEKA-nın Ermənistan Milli Katibliynin, Ermənistan Rabitə və Nəqliyyət Nazirliynin nümayəndələri iştirak edirlər. Tədbirə BMT, GUAM-Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat, Beynəlxalq Nəqliyyat Forumu, ATƏT, QİƏT, Avropa Komissiyasının, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankının da təmsilçiləri qatılıb. Konfrans «Gülüstan» sarayında işini davam etdirir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar