SON XƏBƏRLƏR

BAKIDA ERMƏNİ ƏLEYHİNƏ ETİRAZ AKSİYASININ QARŞISI ALINIB

2021.10.20, 07:36
BAKIDA ERMƏNİ ƏLEYHİNƏ ETİRAZ AKSİYASININ QARŞISI ALINIB

Gunaz.tv
BAKIDA ERMƏNİ ƏLEYHİNƏ ETİRAZ AKSİYASININ QARŞISI ALINIB 2008-12-04 - 13:47:00 Polis Qarabağ Azadlıq Təşkilatının ermənilərin Bakıya gəlməsinə etiraz olaraq başladığı aksiyanın qarşısını alıb. QAT sədri Akif Nağının «Media forum» saytına bildirdiyinə görə, «Gülüstan» sarayının qabağında bir qrup təşkilat üzvü ilə polis qüvvələri arasında qarşıdurma yaranıb. Aksiya iştirakçılarından bir neçəsi tutularaq 9-cu polis bölməsinə aparılıb. A.Nağının sözlərinə görə, hazırda polis təşkilatın digər üzvlərinin saraya yaxınlaşmasına imkan vermir: «Hələ ki, saraya yaxın ərazidə qalmışıq, aksiyanı sona qədər keçirməkdə israrlıyıq». QAT sədrinin müavini İlqar Əliyev «Media forum»a bildirib ki, aksiya iştirakçıları əsasən Qarabağ müharibəsi əlilləridir: «Biz həmişə olduğu kimi, ermənilərin Bakıya səfər etməsinə və ermənilərlə hər hansı işbirliyi qurulmasına etiraz edirik». Dekabrın 3-də Bakıda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin yubiley konfransı başlayıb. Konfrans Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə çoxtərəfli razılaşmanın 10 illiyi və Avropa Şurasının TRASEKA layihəsi proqramının 15 illik yubileyinə həsr olunub. Konfransda 20-dən artıq ölkənin, o cümlədən TRASEKA-nın Ermənistan Milli Katibliynin, Ermənistan Rabitə və Nəqliyyət Nazirliynin nümayəndələri iştirak edirlər. Tədbirə BMT, GUAM-Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat, Beynəlxalq Nəqliyyat Forumu, ATƏT, QİƏT, Avropa Komissiyasının, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankının da təmsilçiləri qatılıb. Konfrans «Gülüstan» sarayında işini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar