SON XƏBƏRLƏR

ƏHMƏDİNEJADIN TƏBRİZDƏ OXUDUĞU ŞEİR ŞƏHRİYARDAN OLUB. İRAN PREZİDENTİ CAMAATI AZƏRBAYCANCA SORĞU-SUALA TUTUB

2021.10.20, 07:36
ƏHMƏDİNEJADIN TƏBRİZDƏ OXUDUĞU ŞEİR ŞƏHRİYARDAN OLUB. İRAN PREZİDENTİ CAMAATI AZƏRBAYCANCA SORĞU-SUALA TUTUB

Gunaz.tv
ƏHMƏDİNEJADIN TƏBRİZDƏ OXUDUĞU ŞEİR ŞƏHRİYARDAN OLUB. İRAN PREZİDENTİ CAMAATI AZƏRBAYCANCA SORĞU-SUALA TUTUB 2008-12-04 - 15:11:00 «Media forum» saytı xəbər verir ki, dekabrın 3-də Təbrizə səfər edən İran prezidenti Mahmud Əhmədinejad Təxti adına şəhər stadionunda çıxışa başlamazdan qabaq üzünü stadiona toplaşanlara tutaraq Azərbaycan dilində onlardan neçə saat burda onu gözlədiklərini soruşub. Sonra o, şair Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan və fars dillərində yazdığı şeirlərindən Azərbaycanı vəsf edən bir neçə beyti oxuyub (həm fars, həm Azərbaycan dillərində). Həmin gün Əhmədinejad Təbriz areportunda təyyarədən düşəndə ona gül dəstəsi uzadan qız uşağı ilə də azərbaycanca hal-əhval tutub. İran prezidenti təbrizli uşağa «Kefin necədir» sualını Azərbaycan türkcəsində verib. Təxti adına stadionda çıxışı zamanı M.Əhmədinejad bir sıra məsələlərə, o cümlədən ABŞ-ın bölgədəki siyasətinə toxunub və bu ölkənin İraqa hücumundan sonra iqtisadiyyatının zəiflədiyini, artıq çökməkdə olduğunu vurğulayıb: «Zülmə və sələmə söykənən ABŞ iqtisadiyyatı bundan artıq ayaq üstündə dura bilməz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar