SON XƏBƏRLƏR

Madlen Olbrayt özünü türklərin dostu adlandırıb

2021.10.20, 07:36
Madlen Olbrayt özünü türklərin dostu adlandırıb

Gunaz.tv
Madlen Olbrayt özünü türklərin dostu adlandırıb madlen_olbrayt_04.jpg Obamanın xarici siyasət üzrə müşaviri ən çox sevdiyi şəhərin İstanbul olduğunu deyib ABŞ-ın yeni prezidenti Barak Obamanın xarici siyasət üzrə müşavirlərindən biri - Madlen Olbrayt özünü türklərin dostu adlandırıb. Hyustonda Türk Mədəniyyət Mərkəzinin açılışında iştirak edən xanım Olbrayt çıxışında ən çox sevdiyi şəhərin də məhz İstanbul olduğunu deyib. Çex əsilli Olbrayt əlavə edib ki, Hyustonda türklərin Mədəniyyət Mərkəzi açması və öz mədəniyyətlərinin qədrini bilməsi əhəmiyyətlidir. Türkiyənin bölgədə sülh və sabitlik uğrunda rolunun artdığını vuirğulayan Madlen Olbrayt Vaşonqton və Ankaranın həm bölgədə, həm də beynəlxalq siyasi arenada birgə hədəflərə malik olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar