SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib

2021.10.20, 07:36
Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib

Gunaz.tv
Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib Dekabrın 3-də İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərinə səfərdə dövlət başçısını bir sıra yüksək çinli rəsmilər müşayiət edib. «Media forum» saytının məlumatına görə, Təbriz aeroportunda Əhmədinejad Şərqi Azərbaycanın ostandarı, vilayətin başqa rəsmiləri və vilayətdən ölkə parlamentinə seçilmiş deputatlarla görüşüb. Aeroportdan Təxti adına şəhər stadionuna qədər uzanan yolda onu İran-İraq müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, yerli ruhanilər, orta məktəb şagirdləri və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvləri salamlayıblar. Bu zaman əlində İran bayrağını tutuan bəzi adamlar «Azərbaycan oyaqdır, inqilaba dayaqdır» kimi şüarlar səsləndiriblər. Təxti stadionunda İran prezidenti Azərbaycanı vəsf edən bir neçə beyt şeir oxuyub. M.Əhmədinejad islam hökumətinin əsas siyasətinin milli və islami birliyi qorumaq, xalq içindəki qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirmək olduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar