SON XƏBƏRLƏR

Zahidov qardaşları daha bir neçə gün azadlıqda qalacaqlar

2021.10.20, 07:36
Zahidov qardaşları daha bir neçə gün azadlıqda qalacaqlar

Gunaz.tv
Zahidov qardaşları daha bir neçə gün azadlıqda qalacaqlar qenimet-mirze-sakit-yeni.jpg Həbsdə olan Zahidov qardaşları - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin əməkdaşı Mirzə Sakit atalarının yeddi mərasimi başa çatana qədər anadan olduqları Şamaxı rayonunun Meysəri kəndində qalacaqlar. Bu barədə APA-ya Hüquq-müdafiə təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Ç. Qənizadə deyib ki, bu barədə ona Ədliyyə Nazirliyinin rəhbərliyindən məlumat verilib: “Biz Qənimət Zahidin və Mirzə Sakitin atalarının yas mərasimində mümkün qədər çox müddətdə iştirak etmələri ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyi ilə danışıqlar apardıq. Nazirliyin rəhbərliyinə hüquq müdafiəçilərinin xahişini nəzərə aldıqları üçün təşəkkür edirik”. Qeyd edək ki, həbsdə olan Zahidov qardaşları Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə bu gün saat 6.00-da ataları Səlim Zahidovun yas mərasimində iştirak etmək üçün anadan olduqları Şamaxı rayonunun Meysəri kəndinə aparılıblar. Onların anaları Xədicə Zahidova həbsdə olan oğlanlarının yas mərasimində iştirak etmələrinə şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi. Səlim Zahidov dekabrın 1-də dünyasını dəyişib, dünən isə torpağa tapşırılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar