SON XƏBƏRLƏR

Obamanın babasına işgəncə veriblər - FOTO

2021.10.20, 07:36
Obamanın babasına işgəncə veriblər - FOTO

Gunaz.tv
Obamanın babasına işgəncə veriblər - FOTO obama1.jpg obama2.jpg Hüseyn Onyanqo Obama üsyançı olub Britaniyalılar ABŞ-ın hazırkı prezidenti Barak Obamanın babasını Keniyanın müstəqilliyi uğrunda mübarizə dövründə həbsxanaya salaraq ona işgəncə veriblərmiş. Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin Afrikadakı qohumları danışıblar. Prezidentin ata babası Hüseyn Onyanqo Obama İkinci dünya müharibəsindən sonra britaniyalı zabitin yanında aşpaz işləyib və eyni zamanda müstəqillik uğrunda mübarizədə iştirak edib. Onun üçüncü həyat yoldaşı Sara Onyanqo bildirib ki, britaniyalılar 1949-cu ildə Hüseyni həbs edərək iki il onu həbsxanada saxlayıblar. Qeyd edək ki, ABŞ-ın yeni seçilən prezidenti qadına “Sara nənə” deyə müraciət edir. İngilis əsgərləri Hüseyn Obamanı həbs edərək onu paytaxt Nayrobi yaxınlığındakı Kamiti həbsxanasına aparıblar. Sara Onyanqo həmin ərazini “ölüm düşərgəsi” adlandırır. Çünki bu düşərgədə xeyli dustaq ölüb. Üsyançılar barədə məlumat almaq üçün Obamanın babasına da işgəncə veriblər: “Ağ əsgərlər mühafizədəki afrikalılara tapşırmışdılar ki, hər gün səhər onu döysünlər”. 87 yaşlı Sara bildirib ki, ağ əsgərlər hər 2-3 gündən bir həbsxanaya baş çəkərək “intizamı” yoxlayırmışlar: “O deyirdi ki, bəzən onun cinsi orqanlarını dəmir alətlərlə sıxırmışlar. Bundan əlavə, onun yanbızlarına iynə sancırmışlar, onun dırnaqlarının altına iynə yeridirlərmiş. Bu zaman onu ayaqlarından asırlarmış, əllərini isə bağlayırlarmış”. Barak Obama babasının həbsxanaya salınmasına özünün “Mənim atamdan qalma arzularım” avtobioqrafik bestsellerində ötəri toxunub. O, kitabında qeyd edib ki, babasının günahsız olduğu sübuta yetirilib. Amma Sara nənə xatirələrində bildirib ki, Hüseyn Obama üsyançılara məlumat ötürürmüş... LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar