SON XƏBƏRLƏR

YEREVANDA AĞDAMLA BAĞLI VƏRƏQƏLƏR YAYILIR

2021.10.20, 07:36
YEREVANDA AĞDAMLA BAĞLI VƏRƏQƏLƏR YAYILIR

Gunaz.tv
YEREVANDA AĞDAMLA BAĞLI VƏRƏQƏLƏR YAYILIR Ermənistanın paytaxtı Yerevan şəhərinin küçələrində «Ağdam – vətənim mənim!», «Ağdam – Tiqranakert: erməni mədəniyyətinin paytaxtı!» şüarları yazılmış vərəqələr yayılıb. «Media forum» saytı «Armtoday.info» saytına istinadla xəbər verir ki, belə vərəqələrə artıq ikinci gündür ki, küçələrdə rast gəlmək mümkündür. «Armtoday.info»nun yazdığına görə, Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağı ətrafında söz-söhbətlərin gəzdiyi bir vaxtda işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı barədə xəbərlərin dolaşması erməni ictimaiyyətini aktivləşdirib. «Yayılan vərəqələr hazırda prezident olan Serj Sərkisyanın müdafiə naziri işləyəndə dediyi «Ağdam bizim vətənimiz deyil» fikirlərinə etiraz formalarından biridir» deyə «Armtoday.info» qeyd edir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar