SON XƏBƏRLƏR

AXCP-dən NÖVBƏTİ QOPMALAR

2021.10.20, 07:36
AXCP-dən NÖVBƏTİ QOPMALAR

Gunaz.tv
AXCP-dən NÖVBƏTİ QOPMALAR Ali Məclis üzvləri Aydınlar Partiyasına keçdi İki həftə sonra özünün təsis qurultayını keçirməyi planlaşdıran Aydınlar Partiyasına növbəti tansferlər olub. Partiyanın təşkilat komitəsindən aldığımız məlumata görə, AXCP-nin Ali Məclis üzvü, Lerik rayon təşkilatının təmsilçisi Abdul Ramazanov və AXCP Lerik rayon təşklatının Məclis sədri Allahverən Mirzəyev partiya sıralarını tərk edib. Onlarla birlikdə AXCP Kəlbəcər rayon şöbəsinin sədri, “Bozqurd” qəzetinin təsisçisi və baş redaktoru Ramiz Nəcəfli də Aydınlar Partiyasına daxil olduqlarını bəyan edib. R.Nəcəfli Qarabağ məsələsi üzrə təşkilat komitəsinə üzv qəbul olunub. Təşkilat komitəsindən o da bildirildi ki, qurultayın keçiriləcəyi yerlə bağlı danışıqlar aparılır. Təşkilat sərfəli bildiyi yerdə tədbirini keçirmək niyyətindədir. Yaxın günlərdə qurultayın keçiriləcəyi ünvan bəlli olacaq. VÜQAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar