SON XƏBƏRLƏR

Rusiyada irqçilik sürətlə artmaqdadır

2021.10.20, 07:36
Rusiyada irqçilik sürətlə artmaqdadır

Gunaz.tv
Rusiyada irqçilik sürətlə artmaqdadır article_1228298222.gif "Skinhedlər" şəbəkəsi bu ilin yanvar-oktyabr ayları arasında 113 nəfəri qətlə yetirib QayNar: Rusiyanın paytaxtı Moskvada 7 nəfərlik bir "skinhedlər" şəbəkəsi, Orta Asiya və ya Qafqaz kökənli 20 miqrant işçini irqçi təcavüzlər nəticəsində öldürməkdə ittiham edildi. QayNar.info-nun, İnterfaks xəbər agentliyinə istinadən bildirdiyinə görə, bir Moskva məhkəməsində mühakimə edilən skinhedlərin yaşlarının 18-dən az olduğu məlum olub. Şəbəkənin, 2006-cı ilin avqust ayı ilə 2007-ci ilin oktyabr ayı arasında daha 12 nəfəri öldürməyə çalışdığı, lakin buna müvəffəq olmadığı qeyd edilib. Bu barədə başqa bir məlumat verilməyib. "Moskva İnsan Haqları Bürosu" adlı müstəqil qurumun statistikasına görə, Rusiyada sadəcə bu ilin yanvar-oktyabr ayları arasında irqçi hücumlar nəticəsində öldürülənlərin sayı 113-ə çatıb. Bu hücumlar zamanı 340 nəfər də yaralanıb. Bu rəqəmlər, ötən ilə nəzərən böyük bir artımın olduğunu da göstərir. Qeyd edək ki, 2007-ci il ərzində irqçi hücumlar nəticəsində qətlə yetirilənlərin sayı 74, yaralananların sayı isə 320 idi. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar