SON XƏBƏRLƏR

Meksika, Rusiya və Norveç OPEC-ə dəvət olunub

2021.10.20, 07:36
Meksika, Rusiya və Norveç OPEC-ə dəvət olunub

Gunaz.tv
Meksika, Rusiya və Norveç OPEC-ə dəvət olunub article_1228303032.gif Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) prezidenti Şəkib Xəlil Meksika, Rusiya və Norveçə OPEC-ə üzv olmağı təklif edib. Verilən məlumata görə, OPEC prezidenti «Reuters»ə açıqlamasında bildirib ki, o, Rusiyanın Təşkilata üzv olmamasına səbəb görmür və RF-ni bu qurum üçün faydalı ölkə kimi qiymətləndirir. Eyni zamanda Ş.Xəlil vurğulayıb ki, həmin ölkələr müstəqil neft ixracatçısı qalmaq istədiyi halda, onlar OPEC-lə həmrəyliyi bildirərək neft hasilatını könüllü olaraq azalda bilər. Qeyd edək ki, hazırda OPEC-in üzvləri sırasında Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Küveyt, Venesuela, Nigeriya, Anqola, Liviya, Əlcəzair, Qətər və Ekvador var. Son zamanlar dünya iqtisadi böhranın nəticəsi kimi neft bazarında qiymətlərin kəskin enməsi müşahidə olunur və ümumilikdə, qeyri-müəyyənlik yaranıb. Neftin qiymətlərinə OPEC tərəfindən hasilatın azaldılması kimi mexanizm hələ də təsir göstərmədiyinə görə, dünyanın digər iri neft ixracatçılarının da bu prosesə cəlb etməsi məsələsi gündəmə gəlib. Meksika, Rusiya və Norveç kimi iri ixracatçıların OPEC-ə dəvət olunması da məhz bu səbəbdən irəli gəlib, çünki bu halda həmin ölkələr OPEC-in qərarlarına birbaşa qoşulmalı olacaqlar. Qeyd edək ki, bu məsələ daha çox siyasi xarakter daşıdığına görə, Meksika, Norveç və xüsusən də Rusiyanın OPEC-in təklifinə nəcür yanaşacağını proqnozlaşdırmaq çətindir. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar