SON XƏBƏRLƏR

Təbriz Azad Universitetində çalışan azərbaycanlı müəllimlər ali təhsil müəssisəsindən xaric olunur

2021.10.20, 07:36
Təbriz Azad Universitetində çalışan azərbaycanlı müəllimlər ali təhsil müəssisəsindən xaric olunur

Gunaz.tv
Təbriz Azad Universitetində çalışan azərbaycanlı müəllimlər ali təhsil müəssisəsindən xaric olunur milletci.gif Təbriz Azad Universitetində çalışan və Azərbaycan türklərinin milli haqları uğrunda mücadilə verən müəllimlər ali təhsil müəssisəsindənxaric olunur. “İran” adlanan xəbər agentliyi belə bir məlumat yayıb. Belə ki, universitet rəhbərliyi onların müqavilə müddətini uzatmır. Bu da onların avtomatik olaraq ali təhsil müəssisəsindən kənarlaşdırılmasına gətirib çıxarır. Xatırladaq ki, bu günlərdə Təbriz Azad Universitetinin maraqlı qərarla yadda qalmışdı. Ali təhsil müəssisəsinin Memarlıq və inşaat fakültəsinin rəhbərliyi soydaşlarımızın Azərbaycan türkcəsində işlətdikləri hər bir kəlmə üçün 250, hər bir cümlə üçün isə 1000 tümən (1 ABŞ dolları) məbləğində cərimə ödəməyə məcbur etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar