SON XƏBƏRLƏR

NATO Qarabağın həllinin uzanmasından narahatdır

2021.10.20, 07:36
NATO Qarabağın həllinin uzanmasından narahatdır

Gunaz.tv
NATO Qarabağın həllinin uzanmasından narahatdır 9.031208.jpg Ekspertlər hesab edir ki, əgər vəziyyət nəzarətdən çıxsa, onda məsələyə BMT səviyyəsində müdaxilə olunmalıdır NATO-da Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi ilə bağlı narahatlıq yaranıb. Gürcüstanın separat ərazilərində baş verən olayların Qarabağda da təkrarlana biləcəyi ehtimalı NATO dairələrində müxtəlif fikirlərin əmələ gəlməsinə səbəb olur. Bu barədə "Milaz" NATO mənbələrinə istinadən məlumat verir. Məlumata görə indiki vəziyyətdə Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına hədsiz maraq göstərməsi alyansda diqqətlə izlənilir. NATO rəsmiləri bu yaxınlarda Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilmiş Azərbaycan - Ermənistan görüşünü müsbət qiymətləndirirlər. Onların fikrincə, Gürcüstan hadisələrindən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin sıx danışıqlara başlaması münaqişənin nizamlanmasına böyük töhfə verəcək. Brüsseldə hesab edirlər ki, münaqişə tərəfləri arasında vasitəçiliyə həmişə ehtiyac var. İndiki vəziyyətdə NATO Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasına tərəfdardır. Ümumilikdə, NATO-da Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" hesab edirlər və alyansın ekspertləri bu münaqişənin yenidən alovlanmayacağına əmindirlər. Lakin NATO ekspertləri alyansın münaqişənin nizamlanmasına fəal müdaxilə edə bilməyəcəyini etiraf edirlər. NATO ekspertləri hesab edirlər ki, əgər Qarabağda vəziyyət nəzarətdən çıxsa, onda məsələyə BMT səviyyəsində müdaxilə olunmalıdır. NATO-da ümumi əhval-ruhiyyə belədir ki, Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələrə uyğun tənzimlənməlidir. Alyansa yaxın olan ekspertlər hesab edirlər ki, əgər Azərbaycan Dağlıq Qarabağ ərazisində terrorizmlə və qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə aparmaq istiqamətində yardım üçün NATO-ya müraciət etsə və bu məsələ alyansın fəal üzvlərindən olan Türkiyə tərəfindən dəstəklənsə, onda alyansda qeyd edilən istiqamət üzrə hansısa fikirlər, zəminlər yarana bilər. Lakin bu, o demək deyil ki, NATO-nu tezliklə Qarabağda antiterror əməliyyatı aparmağa razı salmaq mümkün olacaq. Çünki alyansda bütün qərarlar konsensus əsasında qəbul edilir, 26 dövlətin hər birini razı salmaq o qədər də asan olmayacaq. Teymur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar