SON XƏBƏRLƏR

Ahıska Türklərinin Konqresi təsis edilib

2021.10.20, 07:36
Ahıska Türklərinin Konqresi təsis edilib

Gunaz.tv
Ahıska Türklərinin Konqresi təsis edilib Ahıska türklərinin Gürcüstana dönüşü prosesini bir mərkəzdən idarə etmək, onlara hüquqi və maliyyə yardımları göstərmək məqsədilə konqres təsis edilib. Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanovun "OLAYLAR"İA-ya verdiyi məlumata görə, konqresə 40-a yaxın cəmiyyət və təşkilat daxildir: "Ahıska Türklərinin Konqresi adlı qurum Türkiyədə təsis olunub. Türkiyədə tanınmış iş adamı olan Ziyəddin Həsənovun sədrlik edəcəyi konqresə 11 ölkədə fəaliyyət göstərən cəmiyyət və təşkilatlar daxildir". İbrahim Burxanov deyib ki, bundan sonra ahıskalıların Gürcüstana qayıdışı prosesi ilə bağlı aparılan danışıqlarda tərəf kimi məhz konqres rəhbərliyi iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar