SON XƏBƏRLƏR

Cənubi Qafqazın yeni geosiyasi faktorları

2021.10.20, 07:36
Cənubi Qafqazın yeni geosiyasi faktorları

Gunaz.tv
Cənubi Qafqazın yeni geosiyasi faktorları Təşəbbüs kimlərin əlinə keçə bilər? Rusiyanın iqtisadi çətinliklər zolağına düşməsi ilə postsovet məkanında hansı geosiyasi proseslərin üstünlük təşkil edəcəyi ilə bağlı mülahizələrin sayı da artmışdır. Çünki şimal qonşumuzun bu məkana təsir gücünün hələ böyük ölçüdə qaldığını qəbul etmək lazım gəlir. Rusiya diplomatiyası postsovet məkanını çoxdan özünün həyati maraq dairəsi elan edib. Son vaxtlar isə bununla bağlı həyata keçirilən tədbirlərin sayı artıb. Maliyyə böhranının genişlənməsi ilə Rusiyanın təsir səviyyəsi bir qədər məhdudlaşsa da, onun oyunçu kimi sıradan çıxmasından söhbət gedə bilməz. Bu sırada ABŞ-da yeni prezident komandasının formalaşması ilə bölgədə geosiyasi proseslərin sürətinin artması arasında müəyyən bir bağlantının olduğunu da inkar edə bilmərik. Qafqazda hadisələr daha sürətlə cərəyan edir və Türkiyənin önə çıxmaqda olduğunu görürük. Türkiyə prezidenti A бдуллащ Gül Türkmənistanda Azərbaycan prezidenti ilə müzakirələr apardı, sonra Ermənistanın xarici işlər naziri Ankaraya təşrif buyurdu, bunun ardınca Türkiyə xarici işlər naziri Əli Babacan Bakıya gəldi. Bu hadisələrin fonunda isə Türkiyə-Ermənistan əlaqələri haqqında müxtəlif məlumatlar yayıldı. Həmin məlumatlarda Türkiyə-Ermənistan münasibətlərinin diplomatik nümayəndəliklər yaratmaq səviyyəsinə qalxdığı vurğulandı. Əli Babacan bunu rəsmən təkzib etsə də, iki ölkə arasında münasibətlərin yeni məzmun kəsb etməkdə olduğu şübhə doğurmur. Hər bir halda artıq Qafqazda Türkiyənin daha dolğun təsirə malik olmasını qəbul etmək gərəkdir. Cənubi Qafqaz ölkələrinin üçü ilə də sistemli işləyən yeganə ölkə indi Türkiyədir. Bu vəziyyət ABŞ və Rusiya tərəfindən necə qəbul edilir? Xüsusilə, bölgədə bir neçə əsrdir ki, aparıcı mövqedə olan Rusiyanın Türkiyənin bu cəhdinə münasibəti necədir? Amerika hələlik susur. Hətta gizlicə onun Türkiyənin addımlarını dəstəklədiyi duyulur. Ən çox isə Avropa Birliyi Türkiyənin diplomatik gedişlərinə dəstək verir. AB faktiki olaraq Türkiyənin nizamlama modelinə müsbət yanaşır. Bununla o, həm ABŞ-la Rusiyanın təkbaşına hökmranlıq siyasətini müəyyən dərəcədə tormozlayır, həm də öz modelinə uyğun təhlükəsizlik sistemi yaratmağa nail olur. O cümlədən, enerji sahəsində “Nabukko” planının həyata keçirilməsinə imkan qazanır. Ancaq maliyyə böhranı bu layihəni ləngidə bilər. Məlumatlara görə, bu layihənin tikintisinə gələn ildən başlamaq mümkün olmayacaq. Bu isə birbaşa Rusiyanın əlinə oynayır. Lakin Rusiyanın bu fürsəti dəyərləndirmək şansı azdır. Çünki böhrandan ən çox əziyyət çəkən ölkələrdən biri məhz Rusiyadır. İndi onun ordusunda kütləvi ixtisatların başlayacağı barədə məlumatlar var. Eyni zamanda, gələn ildən yüz minlərlə rusiyalı işsiz qalacaq. Ölkə prezidenti müraciət edərək iqtisadiyyata hamının dəstək verməsini istəyib. Rublun qiymətdən düşməsi müvəqqəti dayandırılsa da, prosesin intensivləşəcəyi haqqında məlumatlar vardır. Bunlar Rusiya iqtisadiyyatının bir neçə il ağır durumda olacağından xəbər verir. Ona görə də Rusiyanın Qafqazdakı proseslərə artan templə təsir etmək imkanını saxlaya biləcəyi az ehtimal olunandır. Buna baxmayaraq, onun bölgədə nüfuzunun artan sürətlə düşməsi də gözlənilən olay deyil. Bu iki tendensiyanın müqayisəsi göstərir ki, Qafqazda böyük dövlətlərin təsir dairəsinin genişlənməsi müəyyən dərəcədə ləngiyə bilər. Bu ləngimələr də faktiki olaraq ümumi duruma mənfi təsirlə yanaşı, bölgə dövlətlərinin də şansının artmasına səbəb ola bilər. O cümlədən, Türkiyə və Azərbaycan üçün yeni imkanlar formalaşa bilər. Bu tendensiyanın sabit qalması isə daha geniş bağlılıqdakı faktorlardan asılı olacaq. Bütövlükdə AB-nin geosiyasi faktor olaraq daha nüfuzlu gücə çevrilməsi mümkündür. ABŞ-Rusiya yarışının bundan sonra da dramatizminin qalması ehtimalı çoxdur. Bu dramatizmin kimlərə müsbət divident gətirəcəyini bir qədər sonra biləcəyik. Amcaq indidən bəllidir ki, oyun qaydaları və onun mümkün nəticələri başqa məzmun kəsb etməkdədir. O prizmada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi daha üstün məsələyə çevrilir. Ölkəmizin şanslarının artması fonunda Cənubi Qafqazda situasiyanın daha da aydın olması gözləniləndir. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar