SON XƏBƏRLƏR

HELSİNKİDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR SƏNƏD İMZALANA BİLƏR

2021.10.20, 07:36
HELSİNKİDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR SƏNƏD İMZALANA BİLƏR

Gunaz.tv
HELSİNKİDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR SƏNƏD İMZALANA BİLƏR Xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Helsinkiyə yola düşüb. E.Məmmədyarov bu gün Finlandiya paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Onun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü planlaşdırılıb AzərTac xəbər verir ki, dekabrın 4-də nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, Danimarkanın xarici işlər naziri Per Stiq Möllerlə bir araya gələcək, GUAM xarici işlər nazirlərinin iclasına qatılacaq, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edəcək. Dekabrın 5-də E.Məmmədyarovun ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Miklos Haraşti, Çernoqoriyanın xarici işlər naziri Milan Rocen, ATƏT-in baş katibi Mark de Brişambo və BMT baş katibinin müavini Lin Pasko ilə görüşləri nəzərdə tutulub. «Trend»in məlumatına görə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Helsinkidə aparacağı müzakirələrin əsas bəndi Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsasları müəyyən edən başlıca prinsiplərin başa çatdırılması üzrə səylərdən ibarət olacaq. M.Brayzanın sözlərinə görə, hər bir ölkənin lideri başlıca prinsiplərin fərqli elementlərini nəzərə çatdırır: «Ermənistan prezidenti öz müqəddəratnı təyinetmə hüququnun konsepsiyası barədə məsələyə xüsusi əhəmiyyət verir. Azərbaycan prezidenti ölkənin ərazi bütövlüyü ideyasını qeyd edir, bizim vasitəçi qismində işimiz qarşılıqlı razılaşma yolu ilə bütün bu konsepsiyaları nəzərə alan sazişin bağlanmasında hər iki tərəfə yardım göstərməkdən ibarətdir». Finlandiyanın Xarici İşlər Naziri Aleksander Stubb isə bildirib ki, həmsədrlər və xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağa dair «Regional deklorasiya»nın imzalanacağına ümid edir. Onun sözlərinə görə sənəddə tərəflərin münaqişəyə dair əldə etdiyi irəliləyişlər əksini tapacaq: «Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət çox yaxşı görünür. Hesab edirəm ki, biz dondurulmuş münaqişədən daimi həllə doğru irəliləyirik».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar