SON XƏBƏRLƏR

Fars şovonistləri Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb

2021.10.20, 07:36
Fars şovonistləri Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb

Gunaz.tv
Fars şovonistləri Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb yəzduniversitetindəantitürkhərəkətər.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Yəzd Azad Universitetinin "Xələc" Tələbə Dərnəyinin dərgisi olan "Misaq" fars şovinist rejiminə xidmət edir. Güney Azərbaycan Tələbə Hərəkatına bağlı www.oyrenci.com xəbər saytının yaydığı məlumata görə, jurnalın budəfəki sayında Yəzd Azad Universitetində pantürkizmin gücləndiyi barədə məqalə dərc olunub. Yazıda qeyd olunur ki, ali təhsil müəssisəsində oxuyan azərbaycanlı tələbələrin internet saytları, dərgiləri, internet klubları var. Eyni zamanda məqalədə azərbaycanlı tələbələrin gizli yığıncaqlar keçirdiyi vurğulanır. Ancaq Yəzd Azad Universitetində təhsil alan soydaşlarımız bunları təkzib edərək, "Misaq"ın fars şovinist rejiminin siyasətinə dayanaraq azərbaycanlı tələbələri hədəf aldığını bildiriblər. Onlar pantürkizm iddiası ortaya atmaqla Yəzd Azad Universitetinin tələbələrini Azərbaycan türklərinə qarşı qaldırmağa çalışırlar. Xatırladaq ki, bir neçə müddətdir azərbaycanlı tələbələr Yəzd Azad Universitetində sıxışdırılır. Ali təhsil müəssisəsinin rəhbərliyi onların mədəni fəaliyyətinin qarşısını alır və onlara tələbə dərgiləri nəşr etməyə icazə vermir.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar