SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARININ XARTİYASI ÜZƏRINDƏ 20-dək ADAM ÇALIŞIR

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARININ XARTİYASI ÜZƏRINDƏ 20-dək ADAM ÇALIŞIR

Gunaz.tv
DÜNYA AZƏRBAYCANLILARININ XARTİYASI ÜZƏRINDƏ 20-dək ADAM ÇALIŞIR Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, Dünya Azərbaycanlılarının Xartiyası üzərində işi başa çatdırmaq üzrədir. Sənədin hazırlanmasına 20-dək alim cəlb olunub: Səlahəddin Xəlilov (fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü), Musa Qasımlı (tarix elmləri doktoru, professor), Rövşən Mustafayev (siyasi elmlər doktoru, professor, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru), Nizami Cəfərov (filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü), Anar İsgəndərov (tarix elmləri doktoru, professor), Cəbi Bəhramov (tarix elmləri namizədi), Solmaz Qaşqay (tarix elmləri doktoru), Rasim Əliquliyev (AMEA-nın İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü), Asif Hacıyev (Bakı Slavyan Universiteti, filologiya elmləri doktoru, professor) və s. Xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaq. Sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiya hazırlamaqdır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar