SON XƏBƏRLƏR

Elmar Məmmədyarovun bu gün Əli Babacan və Evard Nalbandyanla görüşü gözlənilir

2021.10.20, 07:36
Elmar Məmmədyarovun bu gün Əli Babacan və Evard Nalbandyanla görüşü gözlənilir

Gunaz.tv
Elmar Məmmədyarovun bu gün Əli Babacan və Evard Nalbandyanla görüşü gözlənilir elmar-memmedyarov---4.jpg Xarici işlər naziri ATƏT-in Xarici İşlər Nazirləri Şurasında iştirak etmək üçün Helsinkiyə gedib Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in xarici işlər Nazirləri Şurasında iştirak etmək üçün Helsinkidədir. Bu gün onun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü nəzərdə tutulur. Helsinkidə Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsi də gözlənilir. Daha sonra Elmar Məmmədyarov BMT-nin qaçqınlar üzrə ali kommissarlığının nümayəndəsi, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, BMT baş katibinin muavini Lin Pasko ilə danışaqlar aparacağı planlaşdırılır. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb qurumun Xarici İşlər Nazirləri Şurasının Helsinki sammitindən əvvəl yaydığı rəsmi müraciətdə bildirib ki, ATƏT-ə üzv ölkələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir. O, mətbuata açıqlamasında Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətə də toxunub: «Azərbaycan və Ermənistan uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində irəliləyişə nail olub. Amma problemin həlli hələ ki, mümkün olmasa da, bunun üzərində Minsk qrupunun işləməsi çox vacibdir»./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar