SON XƏBƏRLƏR

Milli fəal Firuz Yusifinin vəziyyəti ağırdır

2021.10.20, 07:36
Milli fəal Firuz Yusifinin vəziyyəti ağırdır

Gunaz.tv
Milli fəal Firuz Yusifinin vəziyyəti ağırdır firuz-yusifi.gif Güney Azərbaycan Milli Hərəkatının fəalı Firuz Yusifinin vəziyyəti ağırdır. soydaşımız qanunsuz həbsinə və həbsxanada ona qarşı işgəncələrə, təzyiqlərə etiraz əlaməti olaraq 17 gündür aclıq aksiyası keçirir. Nəticədə xeyli arıqlayan milli fəalın ailəsi ciddi narahatdır. Firuz Yusifinin azadlığa buraxılması üçün səy göstərən həyat yoldaşı da təzyiqlərə məruz qalır. ”Ettelaat” məhbusla bağlı xəbərləri xarici mətbuata və beynəlxalq təşkilatlara verməməsi üçün onu hədələyir. Tehran İnqilab Məhkəməsinin hakimi Mətin Rasex isə soydaşımızın həyat yoldaşına bildirib ki, Firuz Yusifi həbsdə olduğu müddət ərzində xeyli dindirilib, lakin milli fəal öz ana dilinin Azərbaycan türkcəsi olduğunu bəyan edib və fars dilində izahat verməkdən imtina edib. Soydaşımız müstəntiqlərlə danışması üçün tərcüməçi istəyib. Ona görə də istintaq prosesi uzadılır. Hakim əlavə edib ki, Firuz Yusifi ölkə təhlükəsizliyinə xələl gətirən yazılar və məqalələr yazaraq İran adlanan yerin ordusunda yaymaq və təbliğ etməkdə ittiham olunur. Belə insanlara isə heç bir vəkil lazim deyil. Hələ 20 gün bundan əvvəl hərəkatçı ilə görüşən xanımı F.Yusifinin xeyli zəiflədiyini bildirmişdi. Qeyd edək ki, Firuz Yusifi aclıq aksiyasını davam etdirməkdə israrlıdır. Milli fəal noyabrın 15-də Kərəc şəhərində Tehran İnqilab Məhkəməsinin hakimi Mətin Rasexin hökmüylə həbs olunub. Tehran Pəyami-Nur Universitesinin tələbəsi olan 29 yaşlı soydaşımız İran adlanan yerin ordusunda zabit kimi xidmət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar