SON XƏBƏRLƏR

Almanlar soydaşlarımızı müzakirə etdi

2021.10.20, 07:36
Almanlar soydaşlarımızı müzakirə etdi

Gunaz.tv
Almanlar soydaşlarımızı müzakirə etdi Almaniyanın Qörlits şəhərində Gürcüstandakı milli azlıqların problemlərinə həsr olunmuş beynəlxalq simpozium keçirilib. Saksoniya vilayətinin Mədəniyyət Nazirliyi, Qörlits Universiteti, habelə Saksoniya Mədəni İnfrastruktur İnstitutunun birgə təşkil etdikləri bu toplantıda Gürcüstandakı digər milli azlıqlarla bahəm, azərbaycanlıların vəziyyəti də müzakirə edilib. Qonşu ölkədə yaşayan soydaşlarımız barədə məruzə ilə Almaniyada yaşayan soydaşımız, Bonn Universitetinin professoru, fəlsəfə elmləri doktoru Rasim Mirzəyev çıxış edib. Gürcüstanın Kvemo-Kartli bölgəsinin Bolnisi rayonunda, yəni Borçalıda yaşayan soydaşlarımızın üzləşdikləri ağır problemlərdən, onların vəziyyətlərinin həddən artıq ağır olmasından bəhs edən R.Mirzəyev belə situasiyanın törədə biləcəyi fəsadlardan bəhs edib. Toplantıdakı müzakirələrdə əsas fikir Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli üçün Tiflisdəki mərkəzi hakimiyyətinin təcili və təxirəsalınmaz tədbirlər görməsi olub. Xüsusi olaraq vurğulanıb ki, bu ölkədə ən böyük milli azlıq olmalarına və hüquqlarının da ən çox pozulmalarına rəğmən, azərbaycanlılar gürcülərlə yaxın dostluq, qonşuluq münasibətlərini qoruyub saxlayıblar, Gürcüstanı mərkəzi hakimiyyətini daima dəstəkləyiblər. "Azərbaycanlılar həm də Gürcüstanda yeganə milli azlıqdır ki, heç bir zaman separatizmi yaxına buraxmayıb: əksinə, ən çətin anlarda Gürcüstanın ərazi bütövlüyünü müdafiə ediblər. Bu ilin avqust ayında Rusiya qoşunları Gürcüstana soxulduğu zaman bir çox azərbaycanlılar vətənlərinin əsl vətənpərvərləri təki ayağa qalxaraq cəbhəyə, döyüş bölgələrinə könüllü yollanıblar", - R.Mirzəyev bildirib. Simpozium iştirakçılarının fikrincə, Gürcüstanda milli azlıqlarla, xüsusilə də azərbaycanlılarla bağlı problemlərin həll edilməsi və onların yerli cəmiyyətə inteqrasiyasına nail olunması Gürcüstanın təhlükəsizliyi ilə birbaşa bağlı olan, çox mühüm və strateji məsələdir. Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar