SON XƏBƏRLƏR

İRANIN CƏNUBUNDAKI HƏRBİ TƏLİMLƏRİN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞIB

2021.10.20, 07:36
İRANIN CƏNUBUNDAKI HƏRBİ TƏLİMLƏRİN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞIB

Gunaz.tv
İRANIN CƏNUBUNDAKI HƏRBİ TƏLİMLƏRİN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞIB İranla Birləşmiş Ərəb Əmirlikləri arasındakı Əmman dənizində 6 günlük hərbi təlimlərin birinci mərhələsi keçirilib. «Media forum» saytının məlumatına görə, İranın hərbi dəniz qüvvələri komandanının hərbi əməliyyatlar üzrə müavini, admiral Qasım Rüstəmabadi jurnalistlərə açıqlamasında deyib ki, ölkənin cənubunda keçirilən hərbi təlimin birinci mərhələsi təchizat və avdanlıqların yüklənməsi, hərbi qüvvələrin öz əməliyyat məntəqələrində yerləşdirilməsi ilə bağlı olub. Admiral birinci mərhələnin uğurlu keçdiyini vurğulayıb. H.Səyyari bundan əvvəl jurnalistlərə demişdi ki, hərbi təlimlər 50 min mil kvadratmetr ərazini əhatə edəcək və təlimlərdə 60-dan çox hərbi gəmi və təyyarədən istifadə olunacaq. Admiral təlimlərə pilotlu və pilotsuz hərbi təyyarələrin, vertorlyotların cəlb ediləcəyini də söyləmişdi. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar