SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: "Əgər biz qardaşlarımızın hərəkətlərinin səhv olduğunu açıq formada deməsək, bir gün görəcəyik ki, qardaşlığımızla öyündüyümüz Türkiyə bizim yox, Ermənistanın yanındadır"

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev: "Əgər biz qardaşlarımızın hərəkətlərinin səhv olduğunu açıq formada deməsək, bir gün görəcəyik ki, qardaşlığımızla öyündüyümüz Türkiyə bizim yox, Ermənistanın yanındadır"

Gunaz.tv
"Son vaxtlar Ermənistanla qardaş Türkiyə çox yaxınlaşıb" qudret.jpg Qüdrət Həsənquliyev: "Əgər biz qardaşlarımızın hərəkətlərinin səhv olduğunu açıq formada deməsək, bir gün görəcəyik ki, qardaşlığımızla öyündüyümüz Türkiyə bizim yox, Ermənistanın yanındadır" BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev dünən parlamentdə cari məsələlər üçün ayrılmış vaxtda çıxış etdi. Türkiyənin xarici işlər naziri Əli Babacanın Azərbaycana səfər etməsinə, o cümlədən Milli Məclisin rəhbərliyilə görüşməsinə toxunan BAXCP sədri dedi ki, bu görüş barədə millət vəkillərinə məlumat verilməsini çox istəyərdi. Onun sözlərinə görə, son vaxtlar Ermənistanla qardaş Türkiyə çox yaxınlaşıb. Çoxlu sayda tədbirlər keçirir, dostluq abidələri açır, birgə futbola baxırlar. Çox zaman da bunu onunla əlaqələndirirlər ki, guya bu cür qardaşlaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhvəsini verə bilər. Ancaq hamımız bilirik ki, bu, özünü aldatmadan və bu məcələyə çox səthi yanaşmadan başqa bir şey deyil. Ramiz Mikayıloğlu Qüdrət Həsənquliyev dedi ki, əvvala, Ermənistan özü müstəqil siyasət yürüdə bilmir ki, müstəqil nəyisə həll etsin: "İkincisi, mən qorxuram ki, günlərin bir günü qardaş Türkiyə Respublikası bizdən də tələb etsin ki, Qarabağ probleminin həlli üçün Ermənistanla qardaşlaşaq, diplomatik əlaqələr quraq, prezidenlər səviyyəsində birgə futbola baxaq. Sonra ola bilsin ki, Qarabağ problemini həll edə bilək. Buna görə də millət vəkillərinə üz tutub deyirəm. Əgər biz qardaşlarımızın hərəkətlərinin səhv olduğunu açıq formada onlara deməsək, hərəkətlərinə koorektələr etməsini tələb etməsək, günün bir günü görəcəyik ki, qardaşlığımızla öyündüyümüz Türkiyə bizim yox, Ermənistanın yanındadır. Ona görə də parlament tribunasından bu məsələyə öz etirazımı bildirirəm. İstərdim ki, Əli Babacanla olan görüş, onun Azərbaycan rəhbərliyinə verdiyi izahatlar, açıqlamalar barədə də millət vəkillərini məlumatlandırardınız". Məhəmmədhüseyn Şəhriyarın abidəsi qoyulacaq yerdə fontan tikilməsiylə bağlı millət vəkili Sabir Rüstəmxanlının etirazını dəstəkləyən BAXCP sədri parlament rəhbərliyindən bu məsələni hökumət qarşısında qaldırmasını xahiş etdi. Millət vəkili Qüdrət Həsənquliyev Qərbi Azərbaycandan, hazırda Ermənistan adlanan ərazidən deportasiya edilən soydaşlarımızın məsələsinin AŞ PA və digər qurumlar səviyyəsində qaldırılmasıyla bağlı YAP icraçı katibi Əli Əhmədovun təklifini də dəstəklədi: "Mən belə fikirləşirəm ki, Ermənistan-Azərbaycan münaqişəsiylə əlaqədar olaraq parlamentdə müzakirə açılmalıdır. Bu məsələ Milli Məclisin gündəliyinə salınmalıdır. Biz parlamentdə həm Əli Əhmədovun dediyi müraciətləri qəbul edə bilərik. Həm də hökuməti o iclasa dəvət etməklə Qarabağ, işğal altındakı torpaqlarımızın necə azad olunmasıyla, bu istiqamətdə hansı proqramların işlənməsiylə bağlı millət vəkilləri məlumatlandırılar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar