SON XƏBƏRLƏR

NATO RUSIYANIN QARŞISINDA GERİ ADDIM ATIR . Alyansk Gürcüstan və Ukraynanı öz sıralarına dəvət etməyəcək, Moskva ilə əməkdaşlıq isə bərpa olunacaq

2021.10.20, 07:36
NATO RUSIYANIN QARŞISINDA GERİ ADDIM ATIR . Alyansk Gürcüstan və Ukraynanı öz sıralarına dəvət etməyəcək, Moskva ilə əməkdaşlıq isə bərpa olunacaq

Gunaz.tv
NATO RUSIYANIN QARŞISINDA GERİ ADDIM ATIR Alyansk Gürcüstan və Ukraynanı öz sıralarına dəvət etməyəcək, Moskva ilə əməkdaşlıq isə bərpa olunacaq NATO ölkələrinin xarici işlər nazirləri dünən Brüsseldə toplanıblar. Görüşdə Gürcüstan və Ukrayna ilə Şimali Atlantika Alyansı çərçivəsində əlaqələrin dərinləşməsi, bu ölkələrin təşkilata üzvlük perspektivləri əsas məsələlərdən biridir. Bu məsələdə NATO üzvləri arasında fikir ayrılığı mövcuddur. Əsas əngəl - Rusiyanın NATO-nun genişlənməsi perspektivlərinə mənfi münasibətidir. NATO-nun yüksək rütbəli bir diplomatı bu iclasa hazırlıq işlərini səngər müharibəsinə bənzədib. Alyansda qütbləşmə gözə çarpır. Bir tərəfdə Amerika Birləşmiş Ştatları və onun Avropa İttifaqının yeni üzvləri arasındakı tərəfdarlarıdır. Onlar Ukrayna və Gürcüstanın NATO-ya daha da yaxınlaşmasını istəyirlər. Digər tərəfdən isə Almaniya, Fransa və İtaliya kimi ölkələr daha ehtiyatlı davranmağa üstünlük verirlər. Onlar Moskva ilə münasibətlərin gərginləşməsindən ehtiyatlanırlar. Onlar NATO ilə Rusiya arasında yüksək səviyyədə əlaqələri tədricən yeniləşdirmək niyyətində olsalar da, eyni vaxtda amerikalılar və digərləri NATO-nun Rusiyaya dair mövqeyini bütövlükdə təftiş etməyə çağırırlar. Hətta NATO-Rusiya Şurasının gələcəyini də sual altına alırlar. Bu şura Moskva ilə Qərb arasında yeni tipli münasibətləri ehtiva etməli idi. Rusiyanın avqust ayında Gürcüstana hərbi müdaxiləsi mövcud fikir ayrılıqlarını yalnız dərinləşdirdi. Bir məsələ aydındır ki, Ukrayna və Gürcüstan yaxın zamanlarda NATO-yə qəbul edilməyəcək. Şimali Atlantika Alyansını indi düşündürən vəziyyəti elə yolla sahmana salmaqdır ki, mövcud fikir ayrılıqları bu təşkilatın daxilində dərinləşən daimi ayırıcı xəttə çevrilməsin. Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl dekabrda Gürcüstan və Ukraynaya NATO-ya üzvlük üçün birgə fəaliyyət planının təqdim edilməsində israr edirdi. Lakin Fransa və Almaniya buna qarşı çıxır. Avropada hesab edirlər ki, bu ölkələr NATO-ya üzv olmaq üçün hazır deyil. Nəticədə ABŞ da mövqeyindən geri çəkilib və Avropaya səfər ərəfəsində dövlət katibi Kondoliza Rays bildirib ki, onun ölkəsi Gürcüstanla Ukraynanın alyansa üzvlük üçün hələ hazır olmadığı haqda fikirlərlə razıdır. Belə görünür ki, səlahiyyət müddəti başa çatmaqda olan Buş administrasiyası Rusiya ilə münasibətlərdə böhran yaradan bu məsələni Obama administrasiyasına buraxmaq fikrindədir. Toplantı başlamazdan əvvəl Britaniya xarici işlər naziri Devid Milibend deyib ki, Gürcüstanla Ukrayna fəaliyyət planı ala bilməyəcək. Bununla belə, alyansdakı mənbə Rusiya ilə NATO arasında bu ilin avqustunda Gürcüstan ətrafındakı hadisələrdən sonra dayandırılmış əməkdaşlığın bərpası haqda qərar çıxacağını bildirib. Bu məlumat Moskvada da təsdiqlənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar