SON XƏBƏRLƏR

VENESİYA ŞƏHƏRİ TAMAMİLƏ SU ALTINDA QALDI

2021.10.20, 07:36
VENESİYA ŞƏHƏRİ TAMAMİLƏ SU ALTINDA QALDI

Gunaz.tv
VENESİYA ŞƏHƏRİ TAMAMİLƏ SU ALTINDA QALDI İtaliyanın Venesiya şəhərində baş verən daşqınlar nəticəsində şəhər ərazisinin 95 faizi su altında qalıb. Hazırda şəhərdə suyun səviyyəsi 1,6 metrdir. Sonuncu dəfə şəhərdə suyun səviyyəsinin bu qədər yüksəyə qalxması 22 il əvvəl qeydə alınıb. Meteoroloqların fikrincə, əgər Adriatik dənizindən əsən güclü külək səngiməsə, şəhərdə 1966-cı ildə baş verən dağıntıların təkrarlanması mümkündür. Həmin il şəhərdə suyun səviyyəsinin 1,94 metrə qalxması nəticəsində 40 tarixi bina tamamilə məhv olub, çoxlu sayda muzey eksponatı isə yararsız vəziyyətə düşüb. Dünən artıq Venesiyanın Müqəddəs Mark meydanı 80 santimetr hündürlüyündə su ilə dolub. Şəhər rəhbərliyi yerli sakinləri ehtiyatlı olmağa, turistləri isə daşqınlar başa çatmamış şəhərə gəlməməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar