SON XƏBƏRLƏR

ƏRDOĞAN TÜRKİYƏYƏ BAŞQA PLANETDƏN BAXIR

2021.10.20, 07:36
ƏRDOĞAN TÜRKİYƏYƏ BAŞQA PLANETDƏN BAXIR

Gunaz.tv
“ƏRDOĞAN TÜRKİYƏYƏ BAŞQA PLANETDƏN BAXIR” MHP başqanı ölkədə iqtisadi böhran təhlükəsinin olmadığını deyən baş naziri tənqid edib 262.jpg Əgər Türkiyə hökuməti kredit almaq məsələsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə anlaşma əldə edə bilməsə, gələn il ölkədə defolt yaranacaq. Bu xəbərdarlıqla beynəlxalq reytinq agentliyi “Moody’s İnternational”ın Türkiyə üzrə analitiki Kristen Lindou çıxış edib. O deyib ki, agentlik Türkiyənin xarici kreditlər üzrə reytinqini hələ aşağı salmağa hazırlaşmır, bununla belə, ölkədə xarici borclar məsələsində böhran ərəfəsindəki vəziyyət yaranıb. Bu səbəbdən Türkiyə hökuməti BVF ilə kredit məsələsində anlaşmalıdır. Türkiyə mətbuatının xəbərlərinə görə, Londonun bu proqnozu birjalarda dərhal təşvişə səbəb olub, İstanbul birjasında indekslər aşağı düşüb, dollar bahalaşıb. Neçə vaxtdır bir sıra yerli iqtisadçılar və biznes çevrələri hökuməti qlobal maliyyə böhranına qarşı hazırlıqlı olmağa çağırırdı. Bildirilirdi ki, böhran Türkiyənin bank sektorunda özünü hələ göstərməsə də onun təsirləri real iqtisadiyyatı vuracaq. Hökumət isə Türkiyənin qlobal böhrandan ən az ziyan çəkən ölkə olacağında israr edir və bildirir ki, narahatlıq üçün əsas yoxdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan son çıxışlarında bir qayda olaraq bəyan edir ki, qlobal böhrana baxmayaraq, Türkiyədə iqtisadiyyat inkişaf edir. Lakin müxalifət onun dediklərini reallıqdan uzaq hesab edir. Dünən partiyasının parlament qrupu qarşısında çıxış edən Milliyyətçi Hərəkat Partiyası (MHP) başqanı Dövlət Baxçalı bildirib ki, Ərdoğanın qlobal böhran və bunun Türkiyəyə təsirləri haqda dedikləri reallıqdan uzaqdır. Onun sözlərinə görə, baş nazir, deyəsən, başqa planetdə yaşayır və Türkiyəyə oradan baxır. D.Baxçalı qeyd edib ki, Mərkəzi Bankın statistik məlumatları ilə baş nazirin dedikləri arasında daban-dabana ziddiyyət var. “Baş nazir deyir ki, bu böhranı fürsətə çevirəcək. Yəqin o, fürsətin korrupsioner, puldan pul qazanan, hiyləçi, talançı siyasi tərəfdaşları üçün yaranacağını deyir. Nədənsə fürsətlər bu millətin fərdlərinə heç vaxt rast gəlmir, həmişə baş nazir və onun ətrafına rast gəlir”- deyə D.Baxçalı bildirib. CHP lideri Dəniz Baykal da parlamentdəki çıxışında hökumətin iqtisadi siyasətini tənqid edib. O deyib ki, hökumətin girdiyi xarici borclar hesabına ölkədə böhran yetişir. Büdcədə isə kəsir yaranıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar