SON XƏBƏRLƏR

Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək

2021.10.20, 07:36
Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək

Gunaz.tv
Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək Dekabrın 4-5-də Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyə Nazirlər Kabinetinin xarici ticarət idarəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkil etdikləri forumun açılışında Türkiyənin dövlət naziri Kürşad Tüzmən də iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd qloballaşma prosesində dünyada yaranan qlobal və regional birliklərin beynəlxalq iqtisadi, sosial, mədəni və ticari əlaqələrin inkişafına təsirləri nəzərə alınmaqla türk dünyası üçün müvafiq addımlar atmaq, türk respublikaları arasında iqtisadi, mədəni və ticarət əlaqələrinin inkişafına dəstək verməkdir. Qeyd edək ki, indiyədək keçirilən 7 forumdan üçü Türkiyədə, digərləri isə Azərbaycan, Türkmənistan, Qırğızıstan və Şimali Kiprdə keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar