SON XƏBƏRLƏR

İran "Qaz OPEK"inin yaradılması layihəsini Moskvada təqdim edəcək

2021.10.20, 07:36
İran "Qaz OPEK"inin yaradılması layihəsini Moskvada təqdim edəcək

Gunaz.tv
İran "Qaz OPEK"inin yaradılması layihəsini Moskvada təqdim edəcək İran Qaz İxracatçıları Təşkilatının yaradılması layihəsini hazırlayır. APA-nın məlumatına görə, İranın OPEK-də nümayəndəsi Məhəmməd Əli Hatibinin sözlərinə görə, layihə dekabrın 23-də Moskvada qaz ixracatçıları ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşündə təqdim ediləcək: "Ümidvaram ki, layihə təsdiq olunacaq, konkret struktura və baş qərargaha malik beynəlxalq təşkilat ən qısa zamanda yaranacaq". Hatibi hesab edir ki, enerji daşıyıcılarının qiymətlərin enib-qalxması, onlara ehtiyacın balanslaşdırılmaması belə təşkilatın yaranmasını zəruri edir. Bu təşkilat qaz ixracatçılarına bir-biri ilə sıx əməkdaşlıq etməyə və əlaqələndirilmiş qərar qəbul etməyə imkan verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar