SON XƏBƏRLƏR

iran adalan yerdə... spirt faciəsi

2021.10.20, 07:36
iran adalan yerdə... spirt faciəsi

Gunaz.tv
Texniki spirt qəbulu 12 nəfərin ölümünə, 90 nəfərin zəhərlənməsinə səbəb olub İranın cənub əyalətlərindən birində texniki spirtdən hazırlanmış alkoqollu içki 12 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, bundan başqa Ormuzqan əyalətinin xəstəxanalarına texniki spirt qəbulundan zəhərlənmiş doxsan nəfərə yaxın şəxs gətirilib. Zəhərlənən şəxslərin hamısının vəziyyəti ağırdır, onlardan dördünün gözləri tutulub. Zəhərlənmə faktı toy mərasimində qeydə alınıb. Qeyd edək ki, İranda spirtli içki qəbulu qadağan edilib. Bu qadağa yalnız ölkənin şimalında yaşayan xristian icmasının üzvlərinə şamil edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar