SON XƏBƏRLƏR

Türkiyənin mədəniyyət və turizm naziri: ”Barış yalnız dövlətlərin bir-birini tanıması və hörmət etməsi ilə baş tuta bilər”

2021.10.20, 07:36
Türkiyənin mədəniyyət və turizm naziri: ”Barış yalnız dövlətlərin bir-birini tanıması və hörmət etməsi ilə baş tuta bilər”

Gunaz.tv
Türkiyənin mədəniyyət və turizm naziri: ”Barış yalnız dövlətlərin bir-birini tanıması və hörmət etməsi ilə baş tuta bilər” Bakı. Ülkər Qasımova – APA. “Yaşadığımız əsrdə toplumların, dinlərin, dövlətlərin bir-birini tanıması və hörmət etməsi ən önəmli məsələdir. Çünki barış bir-birini tanımaqla baş tuta bilər. Məhz bu barış sayəsində ölkələr arasında iqtisadi, mədəni əlaqələr yaranır”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransında çıxışında deyib. O, Bakıda keçirilən toplantının son dərəcə vacib olduğunu bildirib: “Konfrans çox yüksək səviyyədə təşkil olunub. Bu toplantıda həm Azərbaycan və Türkiyə, həm də Avropa və bütün dünya üçün müsbət nəticələr əldə olunacağına inanıram”. Ə. Günay yüksək səviyyəli tədbirin təşkilinə görə həmkarı Əbülfəs Qarayevi təbrik edib. O, nəvə sahibi olması münasibətilə Azərbaycanın dövlət başçısını təbrik etməyi də unutmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar