SON XƏBƏRLƏR

“Misaq” Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb

2021.10.20, 07:36
“Misaq” Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb

Gunaz.tv
“Misaq” Yəzddəki azərbaycanlı tələbələri hədəf alıb misaq.gif Yəzd Azad Universitetinin “Xələc” Tələbə Dərnəyinin dərgisi olan “Misaq” fars şovinist rejiminə xidmət edir. jurnalın budəfəki sayında Yəzd Azad Universitetində pantürkizmin gücləndiyi barədə məqalə dərc olunub. Yazıda qeyd olunur ki, ali təhsil müəssisəsində oxuyan azərbaycanlı tələbələrin internet saytları, dərgiləri, internet klubları var. Eyni zamanda məqalədə azərbaycanlı tələbələrin gizli yığıncaqlar keçirdiyi vurğulanır. Ancaq Yəzd Azad Universitetində təhsil alan soydaşlarımız bunları təkzib edərək, “Misaq”ın fars şovinist rejiminin siyasətinə dayanaraq azərbaycanlı tələbələri hədəf aldığını bildiriblər. Onlar pantürkizm iddiası ortaya atmaqla Yəzd Azad Universitetinin tələbələrini Azərbaycan türklərinə qarşı qaldırmağa çalışırlar. Xatırladaq ki, bir neçə müddətdir azərbaycanlı tələbələr Yəzd Azad Universitetində sıxışdırılır. Ali təhsil müəssisəsinin rəhbərliyi onların mədəni fəaliyyətinin qarşısını alır və onlara tələbə dərgiləri nəşr etməyə icazə vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar