SON XƏBƏRLƏR

“İRAN” QƏZETİNDƏKİ KARİKATURANI BRİTANİYA QƏZETİ TƏKRAR DƏRC EDİB

2021.10.20, 07:36
“İRAN” QƏZETİNDƏKİ KARİKATURANI BRİTANİYA QƏZETİ TƏKRAR DƏRC EDİB

Gunaz.tv
“İRAN” QƏZETİNDƏKİ KARİKATURANI BRİTANİYA QƏZETİ TƏKRAR DƏRC EDİB Böyük Britaniyada nəşr edilən “AVA London” qəzeti Azərbaycan türklərinə təhqir olan bir karikaturanı qəzetin oktyabr sayının birində yerləşdirib və bu, Arvopa ölkələrində yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Bu barədə “Turan”a Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib. Xəbərə görə, bu faktı Güney Azərbaycan Təşkilatı üzə çıxarıb və bu, 2006-cı ildə İranın “İran” qəzetində dərc edilmiş karikaturadır. Bu məsələ ilə bağlı Avropada fəaliyyət göstərən Güney Azərbaycan təşkilatları Böyük Britaniya parlamentinə etiraz məktubları ünvanlayıblar. GAT rəhbərliyi karikaturanın ingilis qəzetində dərc edilməsini İran hakimiyyət dairələrinin sifarişi adlandırıb və İranda genişlənməkdə olan milli hərəkatı və bu hərəkatın hərəkətverici qüvvəsi olan türk millətini aşağılamaq məqsədi güddüyünü xatırladıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar