SON XƏBƏRLƏR

Türkiyə indi Ermənistanla yeni münasibətlərin qurulmasında maraqlıdır

2021.10.20, 07:36
Türkiyə indi Ermənistanla yeni münasibətlərin qurulmasında maraqlıdır

Gunaz.tv
«Türkiyə indi Ermənistanla yeni münasibətlərin qurulmasında maraqlıdır» babacan_01_12.jpg Politoloq İlqar Məmmədov Türkiyənin Cənubi Qafqazda daha fəal rol oynamağa çalışdığını deyir «Türkiyənin xarici işlər naziri Əli Babacanın səfəri şübhəsiz ki, Dağlıq Qarabağ müqanişəsi ilə birbaşa bağlıdır». Türkiyəli nazirin Bakıya səfərini şərh edən politoloq İlqar Məmmədov belə deyib. Onun sözlərinə görə, Türkiyə son aylarda münaqişədə yaranmış yeni dinamikadan maksimum istifadə etməyə çalışır. Rəsmi Ankara bu aylarda bir necə təşəbbüslə çıxış edib. Babacanın Azərbaycana səfəri də məhz münaqişənin tənzimlənməsi ilə əlaqədardır: «Məncə, Türkiyə indi Ermənistanla yeni münasibətlərin qurulmasında maraqlıdır. Lakin bu hələ o demək deyil ki, Türkiyə Ermənistanın qarşısında geri çəkilir. Əksinə, Ankara Cənubi Qafqazda daha fəal rol oynamağa çalışır». Politoloqun sözlərinə görə, Türkiyənin bu cəhdləri artıq beynəlxalq ictimaiyyətdə legitim kimi qəbul olunur. «Məsələn, 90-cı illərdə Türkiyənin regionda hər hansı rol oyanamaq istəyi həm qərbdə, həm də Rusiyada böyük qısqanclıqla qarşılanırdı. Amma indi bu cəhdlər müsbət qiymətləndirilir. Bu konteksdə ola bilər ki, Türkiyə bir sıra addımlar atsın və bu addımlar legitimliyini daha da artırsın. Babacanın səfəri zamanı da Azərbaycan rəhbərliyi ilə ola bilər ki, bu addımların nədən ibarət ola biləcəyi müzakirə edilib». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar