SON XƏBƏRLƏR

ƏLİ LARİCANİ ABŞ-la DANIŞIQLAR TƏKLİF EDİR

2021.10.20, 07:36
ƏLİ LARİCANİ ABŞ-la DANIŞIQLAR TƏKLİF EDİR

Gunaz.tv
ƏLİ LARİCANİ ABŞ-la DANIŞIQLAR TƏKLİF EDİR İslami Şura Məclisinin sədri Əli Laricani İran parlamenti ilə ABŞ Konqresi arasında danışıqlar vaxtının çatdığını bildirib. «Media forum» saytının məlumatına görə, Ə.Laricani dekabrın 1-də jurnalistlərə açıqlamasında qarşılıqlı müzakirələr aparmaq üçün ABŞ konqresmenlərindən məktub aldıqlarını vurğulayıb: «Son vaxtlar onlardan bir məktub almışıq. Güman edirik ki, artıq qarşılıqlı müzakirələr aparmaq vaxtıdır». Əli Laricaninin açıqlamasından bir gün əvvəl onun qardaşı, İran Məhkəmə Sisteminin beynəlxalq əlaqələr üzrə müşaviri Məhəmmədcavad Laricani Tehranın Politexnik Universitetindəki çıxışında ABŞ-la danışıqlar aparılmasını zəruri saydığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar