SON XƏBƏRLƏR

BAXCP Türkiyə-Ermənistan münasibətlərinə etiraz edir

2021.10.20, 07:36
BAXCP Türkiyə-Ermənistan münasibətlərinə etiraz edir

Gunaz.tv
BAXCP Türkiyə-Ermənistan münasibətlərinə etiraz edir Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətində bir neçə gün öncə Türkiyənin Qars şəhərində keçirilən film festivalı çərçivəsində Ermənistandan gələn nümayəndə heyətinə xüsusi münasibət göstərilməsindən narazılıq ifadə olunub. Qarsda mütəmadi olaraq Ermənistanın rəsmi dairələrinin və qeyri-hökumət təşkilatlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlər keçirildiyini, erməni fotoqraflarının və rəssamlarının əsərlərindən ibarət sərgilərin təşkil edildiyini, musiqi və folklor festivallarının düzənləndiyini vurğulayan BAXCP İdarə Heyətinin üzvləri baş verənlərin Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərinə uyğun gəlmədiyini bildiriblər: "Ermənistan işğalçı mövqeyindən və uydurma soyqırım iddiasından geri çəkilməyib. Azərbaycanla müharibə vəziyyətindədir və bu müharibənin nə ilə bitəcəyi hələ məlum deyil. Digər tərəfdən Azərbaycan bu günədək heç bir məsələdə Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyib. Ona görə də Türkiyənin ermənilərlə hər hansı sahədə münasibət qurması qəbulolunmazdır". İclasda müzakirə olunan digər məsələ isə BAXCP Ali Məclisinin dekabrın 6-da keçiriləcək sessiyasının gündəliyi ilə bağlı olub. Qərara alınıb ki, Ali Məclisin gündəliyinə 2008-ci il prezident seçkilərinin nəticələrinin müzakirəsi, həmçinin partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı məsələlər daxil edilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar