SON XƏBƏRLƏR

RUSİYA NATO-nu TƏHQİR ETDİ

2021.10.20, 07:36
RUSİYA NATO-nu TƏHQİR ETDİ

Gunaz.tv
RUSİYA NATO-nu TƏHQİR ETDİ Raqozin bu qurumun rəhbərliyini itə bənzətdi 2562.jpg “Ukrayna NATO-ya daxil olarsa, onu parçalanma təhlükəsi gözləyir”. APA-nın məlumatına görə, bunu BBC-yə müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib. O bildirib ki, Ukrayna rəhbərliyi alyansa daxil olmaq kursunu sürətləndirərsə, bu, onsuz da siyasi qarşıdurmadan əziyyət çəkən ölkədə total siyasi böhrana səbəb olacaq. “Bu böhranla müqayisədə indiki gərginlik sabun operası kimi görünəcək. Sözün geniş mənasında Ukrayna dövlətinin parçalanma təhlükəsi realdır”. D. Roqozin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından çəkindiklərini gizlətməyib: “Düşmən blokun bizim sərhədlərimizə yaxınlaşması yüksək dərəcəli həyəcan siqnalıdır”. Rusiyalı daimi nümayəndə NATO siyasətçilərini itlərlə müqayisə etməkdən də çəkinməyib: “Təəssüf ki, bir çox NATO siyasətçisi dünyaya, məni bağışlayın, it kimi baxır. İtlər dünyanı rəngarəng yox, ağ-qara rəngdə görür. NATO bizə düşmən olan siyasi blokdur. Ona görə də NATO-nun qapıları bizim üçün bağlıdır”. Xəbər xidməti MUSAVAT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar