SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ HƏYAT YOLDAŞI AXTARMA OFİSLƏRİ QURMAQ İSTƏYİRLƏR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ HƏYAT YOLDAŞI AXTARMA OFİSLƏRİ QURMAQ İSTƏYİRLƏR

Gunaz.tv
İRAN ADLANAN YERDƏ HƏYAT YOLDAŞI AXTARMA OFİSLƏRİ QURMAQ İSTƏYİRLƏR İran Milli Gənclər Təşkilatının rəhbəri höccətülislam Məhəmməd Hacəli Əkbəri jurnalistlərə açıqlamasında parlamentə ölkədə həyat yoldaşı axtarma ofisləri qurulmasına yönəlik qanun layihəsi təqdim edəcəklərini bildirib. «Media forum» saytının məlumatına görə, İran Milli Gənclər Təşklatının rəisi layihənin ailə qurmaq istəyən gənclərə yardım məqsədi güddüyünü deyib: «Həyat yoldaşını bu mərkəzlərin vasitəsi ilə tapmaq və buradakı müşavirlərin məsləhətindən faydalanmaq daha yaxşı və səmərəlidir. Biz gənclərə müstəqil şəkildə gedib həyat yoldaşı axtarmağı tövsiyə etmirik. Ailə qurmaq işində gənclərin məsləhətə ehtiyacı var». Əkbəri ailə qurmağın asanlaşdırılması üçün evlənmək şərtlərinə yenidən baxılmasının tərəfdarı olduğunu da vurğulayıb: «Bir-biri ilə ailə qurmaq istəyənlərin maddi şərtləri və tələbləri məsələni olduqca çətinləşdirib. Bu mürəkkəbliyi ortadan qaldırmaq üçün kəbin məsələsinə yenidən baxılmalıdır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar