SON XƏBƏRLƏR

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi nəticəsində mədəni irsin məhv olmasından narahatdır

2021.10.20, 07:36
Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi nəticəsində mədəni irsin məhv olmasından narahatdır

Gunaz.tv
«Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi nəticəsində mədəni irsin məhv olmasından narahatdır» terri_devis_25_06.jpg Bakıda səfərdə olan Avropa Şurasının Baş katibi Terri Devis belə deyib «Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi nəticəsində mədəni irsin məhv olmasından narahatdır». Bu sözləri mədəniyyətlərarası dialoqa dair beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurasının Baş katibi Terri Devis tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. Avropa Şurasının rəsmisi Azərbaycanda və Ermənistanda tarixi abidələrin monitorinqini keçirəcək faktaraşdırıcı missiyasının iki ölkəyə səfərinin baş tutmamasından təəssüfləndiyini deyib. Terri Devis bildirib ki, səfərin baş tutması üçün əlindən gələni edəcək: «Mən münaqişə nəticəsində regionda mədəni irsə dəyən zərərdən narahatam. Bu zərər həm Azərbaycana, həm Ermənistana dəyib. Bu tək Azərbaycanın deyil, mənim, Avropanın və sizin mədəni irsinizdir. Mənə bildirilib ki, münaqişə və müharibələrin nəticələri olaraq mədəniyyət nümunələrinə dəyən ziyan çox böyükdür. Bizim bura göndərəcəyimiz faktaraşdırıcı misiya bu məsələlərlə məşğul olacaq və dəymiş ziyanı müəyyənləşdirəcək». Terri Devis özü də mədəni irsin bərpa olunması üçün qərəzsiz və obyektiv araşdırmaya yardım etmək istədiyini deyib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar