SON XƏBƏRLƏR

İranın "Təhri Nov" qəzeti Azərbaycan türklərini təhqir edib

2021.10.20, 07:36
İranın "Təhri Nov" qəzeti Azərbaycan türklərini təhqir edib

Gunaz.tv
/newsphotos/2008/12/01/old_13027/İranın"Təhri Nov" qəzeti Azərbaycan türklərini təhqir edib İranın Güney Azərbaycanda soydaşlarımız arasında gündən-günə genişlənən istiqlal düşüncəsi fars şovinist rejiminin yuxusunu ərşə çəkib. Xüsusilə 2006-cı ilin 22 may hadisələrindən sonra İrandakı mövcud rejim Güney Azərbaycan Milli Hərəkatının əhatə dairəsini məhdudlaşdırmaq üçün repressiv addımlarla yanaşı, ideoloji, təbliğati işlər də görməyə çalışır. 22 may hadisələrindən sonra İranda Azərbaycan türklərinə hesablanmış bir neçə qəzet fəaliyyətə başlayıb. Turqut Bu qəzetlərin işi-gücü milli fəalları gözdən salmaq, Azərbaycanın böyük şəxsiyyətlərinə ləkə yaxmaq, Azərbaycan Respublikasını "Qərbin oyuncağı" kimi təqdim etməkdir. 22 may hadisələrindən sonra göbələk kimi artan mətbu orqanlardan biri də Təbrizdə nəşr olunan "Təhri Nov" ("Yeni Layihə") qəzetidir. Təbriz şəhər Bələdiyyəsinin maliyyə dəstəyilə nəşr olunan, lakin özünü "müstəqil" adlandıran bu qəzetdə 22 may hadisələrini doğuran səbəblər haqda geniş bir yazı dərc olunub. Məqalədə bildirilir ki, bu hərəkat öz mənbəyini Azərbaycan Respublikasından - Əbülfəz Elçibəyin ortaya atdığı Bütöv Azərbaycan ideyasından götürüb. Yazıda Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin tərcümeyi-halı verilib. Burada Əbülfəz Elçibəyin bir zamanlar Misir Ərəb Respublikasında keçmiş SSRİ-nin səfiri işlədiyi qeyd olunur (Halbuki Əbülfəz Elçibəy Misirdə səfirlikdə deyil, inşaat sahəsində tərcüməçi işləyib). Məqalədə vurğulanır ki, Əbülfəz Elçibəyin Qafqazda ikinci həyat verdiyi pantürkist ideyaları Güney Azərbaycanda bəzi gənclərin beyinlərini zəhərləyib. Bozqurdların lideri (Əbülfəz Elçibəy nəzərdə tutulur) gəncləri doğru yoldan azdıraraq pantürkist ideyalarının quluna çevirib. Hətta qəzet Quzey və Güney Azərbaycanda olan türk millətçilərini təhqir etməkdən də özünü saxlaya bilmir: ""Şimali İran"da (fars şovinistləri Quzey Azərbaycanı belə adlandırır) və bu tayda olan bəzi adamlar özlərini Əbülfəz Elçibəyin davamçıları sayırlar və özlərini bozqurdçu hesab edirlər. Amma qurd dedikdə heç də ağlınıza canavar gəlməsin. Onlar torpağın altında eşələnən qurdlardandır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar