SON XƏBƏRLƏR

BMT-də İrana zərbəni Kanada vurdu . Qətnamədə dövlətin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır

2021.10.20, 07:36
BMT-də İrana zərbəni Kanada vurdu . Qətnamədə dövlətin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır

Gunaz.tv
BMT-də İrana zərbəni Kanada vurdu Qətnamədə dövlətin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi yığıncağında İranda insan haqlarının pozulması barədə Kanadanın təqdim etdiyi qətnamə layihəsi qəbul edilib. "Amerikanın səsi" radiosunun yaydığı məlumata görə, yığıncaqda keçirilən səsvermə zamanı İranda "İnsan haqlarının sistemli şəkildə pozulmasının davam etməsi" haqda qətnamə layihəsinə 79 ölkə lehinə, 78 ölkə isə əleyhinə səs verib. 29 ölkə səsverməyə qatılmayıb. BMT-nin İnsan Haqları Komitəsində səsvermə zamanı isə layihə 72 səslə qəbul edilib. 50 ölkə qətnaməyə qarşı çıxıb, 55 ölkə isə səsverməyə qatılmaqdan imtina edib. Qətnamədə İran dövlətinin sistemli olaraq öz əhalisinin hüquqlarını pozduğu vurğulanır. Bu ölkədə etnik azlıqlara qarşı ayrıseçkiliyin davam etdiyi, insan haqlarını müdafiə edənlərin isə təqiblərə və işgəncələrə məruz qaldığı bildirilir. Eləcə də bəhailər, yəhudilər, sünnilər və başqa dini azlıqların davamlı olaraq ayrıseçkiliyə və təzyiqlərə məruz qaldığı bəyan edilir. Bundan başqa, İranda qadınlara qarşı diskriminasiyanın davam etdiyi söylənilir. Qətnamə həm də İranda edamların, özəlliklə azyaşlıların edamının, eləcə də insanların daşqalaq edilməsi və bədən orqanlarının amputasiyası kimi dəhşətli cəzaların dayandırılmasına çağırır. Kanadanın xarici işlər naziri Lorens Kenun qətnamənin qəbul edilməsini alqışlayaraq bildirib ki, onun ölkəsi azadlıq, demokratiya və insan haqları kimi dəyərlərin dünyaya yayılması üzrə prinsipial xarici siyasətini davam etdirəcək. O, İran reyimini insan haqları üzrə öhdəliklərinə əməl etməyə çağırıb. İranın BMT-dəki səfiri isə buna cavab olaraq "öz yerli əhalisinə qarşı pis davranan Kanadanın insan haqları məsələsində İrana mühazirə oxumasına haqqı yoxdur!" deyərək narazılığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar