SON XƏBƏRLƏR

«Əl-Qaidə» terror təşkilatının liderlərindən biri olan Ayman əl-Zəvahirinin yeni müraciəti yayılıb

2021.10.20, 07:36
«Əl-Qaidə» terror təşkilatının liderlərindən biri olan Ayman əl-Zəvahirinin yeni müraciəti yayılıb

Gunaz.tv
«Əl-Qaidə» terror təşkilatının liderlərindən biri olan Ayman əl-Zəvahirinin yeni müraciəti yayılıb el_zavahir_02_12_08.jpg O, Bali hadisələrində iştirak etmiş terrorçuları tərifləyib «Əl-Qaidə» terror təşkilatında ikinci adam sayılan Ayman əl-Zəvahirinin internetdə yeni müraciəti yerləşdirilib. Bu dəfə o, Bali hadisələrində iştirak etmiş terrorçuları tərifləyib və Səudiyyə Ərəbistanı, eləcə də digər ərəb dövlətlərinin liderlərini BMT-nin keçirdiyi dinlərarası dialoqda iştirak etdiyinə görə tənqid atəşinə tutub. Ərəb dilində olan 22 dəqiqəlik müraciətdə Əl-Zəvahiri qeyd edib ki, İndoneziya və digər dövlətlər «səlibçilərin» və yəhudilərin maraqlarını müdafiə edir, müsəlmanları cihaddan yayındırır. Xatırladaq ki, 2002-ci ildə Balidə gecə klubunda baş vermiş partlayış 202 nəfərin ölümünə səbəb olmuşdu. Hadisənin Əl-Qaida təşkilatı tərəfindən hazırlanması, cənubi asiyalılardan ibarət terror şəbəkəsi tərəfindən həyata keçirildiyi bildirilirdi. Bu, son iki həftədə Əl-Zəvahirinin artıq 2-ci müraciətidir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar