SON XƏBƏRLƏR

Qız Qalası və Qobustan qayalıqları UNESCO-nun mədəni dəyərlər siyahısında önəmli yeri tutur

2021.10.20, 07:36
Qız Qalası və Qobustan qayalıqları UNESCO-nun mədəni dəyərlər siyahısında önəmli yeri tutur

Gunaz.tv
Qız Qalası və Qobustan qayalıqları UNESCO-nun mədəni dəyərlər siyahısında önəmli yeri tutur qiz-qalasi.jpg “UNESCO-nun əsas missiyası mədəniyyətlər arası dialoqu təşkil etmək, mədəni dəyərlərin bir-birinə ötürülməsinə şərait yaratmaqdır”. Lent.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropa Şurasının “Mədəniyyətlərarası dialoq - Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransında iştirak edən UNESCO-nun mədəni sərvətlər və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenol deyib. Katerina Stenol bildirib ki, tədbirinin keçirilməsi üçün Bakının seçilməsi simvolik xarakter daşıyır və bu seçim, düzgündür: “Qədim Qız Qalası və ondan bir az kənarda olan Qobustan qayalıqları UNESCO-nun mədəni dəyərlər siyahısında önəmli yeri tutan abidələrdəndir. Bakının belə tədbirə ev sahibliyi etməsi UNESCO-nun yüksək mədəni dəyərlər səviyyəsində yer tutan muğamla da bağlıdır. Azərbaycan muğamı türk, fars və regionda yaşayan bir çox xalqın musiqisinin sintezidir. UNESCO-ya daxil olan “4 fəsil” adlı Təbriz xalçası üzərində də bu ərazinin həm tarixi, həm mədəniyyəti əks olunur”. Nigar Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar