SON XƏBƏRLƏR

Mumbai Pakistandan partladılıb

2021.10.20, 07:36
Mumbai Pakistandan partladılıb

Gunaz.tv
Mumbai Pakistandan partladılıb Hindistanın daxili işlər naziri Şivrac Patil tutduğu vəzifədən istefa verib. Patil Mumbai şəhərində baş verən hadisələrdən sonra postunda qala bilməyəcəyini bildirib. Hindistan mediası ölkənin işgüzar mərkəzi olan Mumbaidə təhlükəsizliyi təmin edə bilməmiş naziri sərt tənqid etmişdi. Mumbaidə törədilmiş terror aktlarının iştirakçılarından biri, 21 yaşlı Əzzam Əmir Qəsab isə istintaqa verdiyi ifadəsində bildirib ki, Pakistandakı "Ləşkəri Taibə" islamçı ekstremist qruplaşmanın hazırlıq düşərgəsində təlim keçib. Burada terrorçulara silahla davranmaq və bomba hazırlamaq, habelə ağır şəraitdə sağ qalmaq və düzgün qidalanma yolları öyrədilib. "Bizim qrupumuz əmrləri Pakistandan alırdı. Mumbaidə beş nəfər vardı ki, bizə kömək etdi", - Qəsav bildirib. O, daha sonra mumbaili yardımçılarının adları və ev ünvanlarını polisə açıqlayıb. Hindistan DİN-i bildirib ki, terrorçular "Tac Mahal" hotelinin İnternetdəki saytında yerləşdirilmiş planından istifadə edərək ora asanlıqla hücum ediblər. Yəhudi Mədəniyyət Mərkəzinin yerləşdiyi "Nariman House"nin planını tapa bilməyən terrorçular hücumda çətinlik çəkiblər. Terrorçular balıqçı traulerini qaçırıblar. Heyət üzvlərindən birinin başı kəsilib, digərləri isə gəmidən okeana atılıb. Polis GPS naviqator da tapıb ki, orada Pakistanın Kəraçi şəhərinə marşrut varmış. Terrorçular hücumlardan sonra Pakistana qayıtmaq fikrində olublar. Və ən nəhayət, terrorçular hücumlar barədə xəbərdarlıq məktublarını Pakistanda yerləşmiş kompüterlərdən yollayıblar. Bununla bağlı olaraq ABŞ Mumbai şəhərində törədilmiş teraktlarla bağlı aparılan araşdırmalarda Pakistandan ən fəal iştirakı tələb edib. Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Pakistan rəhbərliyinə ünvanladığı müraciətdə belə deyib. Sabah Hindistana rəsmi səfərə yollanacaq K.Rays ölkə rəhbərliyi və xalqa Vaşinqtonun dəstək verdiyini bildirib. "Nəticələrlə tələsmək istəməzdim, lakin hesab edirəm ki, tam, absolyut, total şəffaflıq və əməkdaşlığın vaxtı çatıb. Yaranmış situasiya Pakistanın yeni prezidenti Asif Əli Zərdari və onun komandası üçün sınaqdır", - K.Rays deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar