SON XƏBƏRLƏR

Küskünlər _ Rüsiyanın Gürcüstana təcavüzündən sonra Türkiyə-Ermənistan münasibətlərində...

2021.10.20, 07:36
Küskünlər _ Rüsiyanın Gürcüstana təcavüzündən sonra Türkiyə-Ermənistan münasibətlərində...

Gunaz.tv
Küskünlər Yaxud böyük siyasətdə məişət diplomatiyası Rüsiyanın Gürcüstana təcavüzündən sonra Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan dəyişiklik Azərbaycanda ən çox müzakirə edilən və elə bu qədər də ehtiyatla yanaşılan məsələlərdən biridir. Artıq hər kəs baş verənləri narahatlıqla izləyir. Türkiyə ilə Ermənistan arasında gerçəkləşən hər yeni təmasdan, bununla bağlı verilən rəsmi və qeyri-rəsmi məlumatlardan, eləcə də hər iki ölkənin kütləvi informasiya vasitələrində yayımlanan ziddiyyətli xəbər və şərhlərdən sonra baş verənlər hər bir azərbaycanlının düşüncəsində daha üzücü bir müstəviyə qədər qoyur. Suallar bir-birini əvəzlədikcə, cavab yerinə ortalığa çıxan yayındırıcı manevrlərin sayı da artır. Murad Yenigün ...Göz önündə isə adı bəlli olan və irəli sürüldüyü bütün zamanlarda nəticəsiz qalan bir strategiya var: Qafqazda Sülh və Təhlükəsizlik Platforması. Adı yaxşı səslənir. Məşhur zərb-məsəldə deyildiyi kimi, "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Problem də məhz məsələnin "oxunan" tərəfindədir. Türkiyənin regional gücə çevrilməsi, bölgədə baş verən proseslərdə fəal iştirakı Azərbaycanda hər zaman müsbət qarşılanıb və bu istiqamətdə atılan addımlar birmənalı şəkildə dəstəklənib. O zaman "futbol diplomatiyası"ndan sonra daha intensiv şəkil alan Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanı, daha dəqiq desək Azərbaycan ictimaiyyətini narahat edən məqamlar hansılardır? Bəlkə Türkiyə rəsmilərinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsilə bağlı bəyanatlarının, yumşaq ifadə etsək, öz effektivliyini itirməsi, ya da yetərincə səmimi görünməməsi? Yaxud Türkiyə-Ermənistan münasibətlərinin gözlənilməyən bir sürətlə inkişaf etməsi, dialoqun hər dəfə qarşılığı bəlli olmadan İrəvan üçün yeni perspektivlər açması, diplomatik ilişkilərdən dərhal sonra iqtisadi əməkdaşlıq, təyyarə uçuşları və s. ilə bağlı məsələlərin gündəmə gəlməsi? Eləcə də Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması nəticəsində işğalçı ölkənin öz təcavüzkar siyasətinə son qoyacağına, Qafqaza sözün əsil mənasında uzunmüddətli sülh gələcəyinə və postsovet məkanındakı münaqişələrin moderatoru rolunu oynayan Rusiyanın bunu gerçəkdən istəyəcəyinə olan inamsızlıq? Bu suallar siyahısını sonsuza qədər uzatmaq olar. Nəticə isə dəyişməyəcək. Azərbaycanda Türkiyənin kənardan stimullaşdırılan və yaxud öz strateji maraqlarından, istəklərindən irəli gələn "barış" missiyasının uğur gətirəcəyinə inananların sayı yetərincə azdır. Elə həmin "azlıq"da olan insanlar da çox vaxt öz inamlarını nəyinsə xatirinə ifadə edirlər. Kimlərəsə xoş gəlmək, kimlərisə küsdürməmək üçün... Küsəyənlər və kəsəyənlər Türkiyə mediasında Azərbaycanla bağlı yazılarda tez-tez təkrarlanan, xüsusilə də rəsmi dairələrə, siyasilərə, hətta bəzi bələdiyyə başqanlarına istinadən yayımlanan bir ifadə var: Azərbaycanı küsdürməyək... Türkiyədə Ermənistana doğru atılan hər addımdan sonra bu sözlər yenidən və yenidən dəbə düşür. Maraqlı yanaşmadır... Doğrudanmı biz bu qədər küsəyənik? Yaxud kiminsə bizi küsdürə biləcəyi qədər kiçik və çarəsiz görünürük? Türkiyənin Qars bələdiyyəsi isə ermənilərlə dostluğun şərəfinə ucaldılmış abidənin açılışına hazırlaşır. Abidənin açılışını təmtəraqsız keçirəcəklər. "Olmaz", - deyəcək bələdiyyə başqanı, "Azərbaycanı küsdürərik". ...Sonra sərhədləri açacaqlar. Heç bir xüsusi şölən düznləmədən... "Olmaz", - deyəcək, Cümhurbaşqanı, "Azərbaycanı küsdürərik". Bir zaman, "soyqırım iddialarından və Azərbaycan torpaqlarından geri çəkilməyincə Ermənistanla bir masaya oturmayacağıq", - deyənlər bu gün ildırım sürətilə geri addımlayırlar. "Futbol", "masa", "sərgi", "festival", "media", "sənət"... "diplomatiyaları" bir-birini əvəz edir, münasibətlər hər gün yeni və daha sıcaq müstəviyə keçir. ...Əvəzində isə ümidverici bəyanatlar səsləndirilir: "Dialoq", "Minsk qrupu", "sülh yolu", "diplomatiya", "sabitlik", "təhlükəsizlik" kimi çeynənmiş terminlərlə yüklənmiş bəyanatlar... Biz isə küsmürük, yəni el dilində desək incimirik. Çünki Azərbaycanda inciyənlərə yaxşı baxmırlar... P.S. Bizim Türkiyəyə və Türk Dünyasına sevgimiz isə nə barellə, nə də kub metrlə ölçülmür...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar