SON XƏBƏRLƏR

BMT ilə Avropa: miqrantların köməyinin dəyəri artırılacaq

2021.10.20, 07:36
BMT ilə Avropa: miqrantların köməyinin dəyəri artırılacaq

Gunaz.tv
BMT ilə Avropa: miqrantların köməyinin dəyəri artırılacaq Dünya Bankı qlobal maliyyə böhranı səbəbindən miqrant fəhlələrinin evlərinə göndərdiyi köçürmələrin azaldığını bildirir. BMT ilə Avropa İttifaqı beynəlxalq miqrasiyanın yoxsul ölkələrdə inkişafa daha təsirli təkan verməsinə kömək etmək üçün indiyə qədər ən böyük sayılan qlobal layihəyə başlayırlar. Avropa Komissiyası bu təşəbbüs üçün 20 milyon dollar ayırır. Həmin vəsait Dünya Bankı qlobal maliyyə böhranı səbəbindən əmək fəhlələrinin evlərinə göndərdiyi köçürmələrin azaldığı barədə hesabatından sonra verilir. Varlı ölkələrdə işləyənlərin ailələrinə göndərdiyi pul inkişaf etməkdə olan ölkələrdə yaşayanlar üçün əhəməiyyətli bir vəsaitdir. Bu gün Brüsseldə başlanmış dörd günlük konfransda məhz miqrasiyanın kasıb ölkələrdə inkişafafa daha çox yardım edə bilməsi məsələsi müzakirə olunacaq. Konfransın təşkilatçıları bir neçə layihəni yaxşı misal olaraq göstərirlər. Dünya Bankının hesablamalarına görə, Tacikistanda iqtisadi məhsuldarlığın az qala yarısı məhz xaricdən göndərilən pulların hesabına formalaşır. Livanda bu yardımlar iqtisadi məhsuldarlığın dörddə birini, İordaniyda və Yamaykada beşdə birini təşkil edir. Amma artıq belə bir narahatlıq var ki, qlobal iqtisadiyyatda zəifləmələr yardım pullarının gəlməsini səngidəcək. Çünki varlı ölkələrə miqrasiya edənlər iqtisadi geriləmlər nəticəsində həmin ölkələrdə işlərini itirməkdədirlər. Məsələn, Konqo demokratik respublikasında tibbi ekpsertiza sistemi məhz Belçikadakı diasporanın yardımı ilə inkişaf edib. onlar iki ölkənin xəstəxanaları arasında rəsmi əməkdaşlıq əlaqələri yarada biliblər. Belə bir ümid var ki, bu kimi layihələr inkişaf etməkdə olan ölkələrin inkişafı ilə yanaşı miqrasya ilə əlaqəli inkişaf imkanlarını da artıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar