SON XƏBƏRLƏR

Türkiyədən PKK-ya qarşı sarsıdıcı zərbə

2021.10.20, 07:36
Türkiyədən PKK-ya qarşı sarsıdıcı zərbə

Gunaz.tv
Türkiyədən PKK-ya qarşı sarsıdıcı zərbə turkiye-qirici-1.jpg Tapşırığı uğurla yerinə yetirən hərbi təyyarələr sağ-salamat bazaya qayıdıblar Şimali İraqdakı PKK hədəfləri Türkiyə bombardmançı təyyarələri tərəfindən vurulub. Bu barədə Lent.az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir. Məlumatda, vurulan hədəflərin Zap bölgəsində olduğu bildirilir. Baş Qərargahın məlumatına görə, "tapşırığı uğurla yerinə yetirən təyyarələr təhlükəsiz şəraitdə bazalarına qayıdıblar". Baş Qərargah bildirir ki, əməliyyat zamanı yalnız PKK obyektləri hədəfə alınıb və mülki əhalinin ziyan çəkməməsi üçün həssasiyyət göstərilib. “Reuters” agentliyinin verdiyi bilgiyə görə, Dohuk vilayətinin sərhəd mühafizə dəstəsinin komandiri polkovnik Hüseyn Teymur hücumda heç bir mülki şəxsin zərər görmədiyini deyib. Temur deyib ki, Türkiyə vaxtı ilə saat 10:00-17:00 arasında keçirilən əməliyyatda PKK-nın mümkün itkiləri haqqında bilgisi olmadığını bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar