SON XƏBƏRLƏR

Barak Obama əsas dövlət vəzifələrini tutacaq şəxslərin adlarını açıqlayıb

2021.10.20, 07:36
Barak Obama əsas dövlət vəzifələrini tutacaq şəxslərin adlarını açıqlayıb

Gunaz.tv
Barak Obama əsas dövlət vəzifələrini tutacaq şəxslərin adlarını açıqlayıb barak_obama-hillari_klinton.jpg ABŞ dövlət katibi vəzifəsinə Hillari Klintonun təyin olunacağı rəsmən elan edilib ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama, başçılıq edəcəyi administrasiyada əsas vəzifələri tutacaq siyasətçilərin adlarını açıqlayıb. O cümlədən, ABŞ dövlət katibinin də adı rəsmən elan olunub. Bu vəzifəni bir müddət əvvəl Demokratlar Partiyasından prezidentliyə namizədliü üçün Barak Obamanın rəqibi olmuş Hillari Klinton tutacaq. Corc Buşun hakimiyyəti dövründə Pentaqona rəhbərlik edən Robert Qeytm Barak Obamanın prezidentliyi illərində də bu vəzifədə qalacaq. Barak Obamaya milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin sabiq ali baş komandanıCeyms Cons olacaq. Barak Obama administrasiyasında ədliyyə naziri vəzifəsini Erik Holder icra edəcək. ABŞ-ın BMT-dəki nümayəndəsi isə Billi Klintonun hakimiyyəti dövründə dövlət katibinin köməkçisi işləmiş Syüzan Rays olacaq. Qeyd edək ki. Barak Obamanın inauqurasiya mərasimi gələn il yanvarın 20-də təyin olunub. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar