SON XƏBƏRLƏR

Londonda Hindistan faciəsinin qarşısı alınıb

2021.10.20, 07:36
Londonda Hindistan faciəsinin qarşısı alınıb

Gunaz.tv
Londonda Hindistan faciəsinin qarşısı alınıb londonda-terrorcu.jpg Böyük Britaniyada terrorçuların Hindistanın Mumbai şəhərində həyata keçrdikləri terror aktına bənzər terrorun qarşısı alınıb. Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, polis şərqi Londonun 31 yaşlı sakinini həbs edib. Kazi Nurur Rəhmanın Pakistandakı “Ləşkər-i-Teybə” qruplaşmasının üzvü olduğu bildirilir. Onu Hindistanın Mumbai şəhərinə hücumla bağlı olduğu vurğulanır. Rəhman üç ədəd “Uzi” avtomatı almaq istəyərkən tutulub. Onun əl qumbarası, patronlar, Rusiya istehsalı olan raket-qumbara, eləcə də ”SAM-7” “yer-hava” raketləri əldə etməyə çalışdığı vurğulanır. Güman edildiyinə görə, bu silahlar onun silahdaşları üçün nəzərdə tutulubmuş. Onun evində axtarış zamanı polisin istifadə etdiyi tezliyə qulaq asmaq üçün avadanlıq və partizan hərəkatı ilə bağlı materiallar tapılıb. Güman edildiyinə görə, terrorçular Mumbai faciəsini Londonda da təkrar etmək istəyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar