SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri NATO-nun təlimlərinə qatiliblar

2021.10.20, 07:36
Azərbaycan hərbçiləri NATO-nun təlimlərinə qatiliblar

Gunaz.tv
Azərbaycan hərbçiləri NATO-nun təlimlərinə qatiliblar NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbir keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu çərçivədə Valensdat şəhərində (İsveçrə) Əməliyyat İmkanları Konsepsiyası (OCC) Məlumat Bazası üzrə işçi görüşü (02-04 dekabr) təşkil olunacaq. “Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə olaraq isə Ankara şəhərində (Türkiyə) Sərhəd təhlükəsizliyinə nəzarət üzrə kurs (01-05 dekabr), Kungsangen şəhərində (İsveç) Mülki-Hərbi Əməkdaşlıq kursu (01-12 dekabr), Riqa şəhərində (Latviya) Cənubi Qafqaz və Moldova üzrə “Clearinq House” konfransı (02-04 dekabr), Qarmiş şəhərində (Almaniya) «Regional informasiya mübadiləsi» mövzusunda seminar (09-11 dekabr), Norfolk şəhərində (ABŞ) Silahlı Qüvvələrdə Transformasiya üzrə işçi görüşü (10-11 dekabr) keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar